
'2018-ci il elm və texnologiyalar üçün inqilabi olacaq'
Elm & Texnologiya
19.12.2017
Emil
Avropanın ən böyük İT şirkətlərindən
biri olan “SQS”in CEO-su Dik Vos Information Age saytı ilə 2018-ci il üzrə öz
texnoloji proqnozlarını bölüşüb. Onun fikrincə yeni il elm və texnologiya sahəsi
üçün innovasiyalı olacaq.
Süni zəka tibb sahəsində inqilab
yaradacaq:
Süni zəka tibb sahəsində artıq
böyük uğurlar sərgiləyir. Əsasən onun potensialı özəl müalicələrin təyin
olunmasında, rentgen fotoların analizi və məsləhətçi qismində çıxış etməsi kimi
sahələrdə nəzərə çarpandır. Tibb haqqında məlumatlar süni zəkada çox olsa da, məhz
2018-ci il inqilabi olacaq. Texnologiyalar hesablayıcı resurslara daha az vəsait
xərcləməyə imkan yaradacaqlar. Buna görə də tibbi alqoritmlər tam güc ilə
çalışa biləcəklər. Minlərlə həkimlərin bilikləri və uğurlu tədqiqat məlumatları
ilə birlikdə süni zəka bir çox xəstəliklərin öyrənilməsində inqilaba səbəb
olacaq.
VR həkimlərə əməliyyatların
aparılmasında yardımçı olacaq:
Virtual reallıq texnologiyaları
professionallar arasında yayılmaqda davam edir. Lakin Vos düşünür ki, bu
texnologiya süni zəkanın tibbdəki rolunu reallaşdıracaq. Bunun üçün yolun böyük
bir hissəsi artıq geridə qalıb. Əkizlərin ayrılması üzrə keçirilmiş uğurlu əməliyyatın
yaxşı nəticələnməsi müəyyən səviyyədə virtual reallıq texnologiyasının payına
düşür. Və gələcəkdə VR ilə robototexnikanın birləşməsi həkimlər üçün inanılmaz
imkanlar açacaq. Vos-un fikrincə həkimlər əməliyyat zamanı robotları tamamilə
yeni səviyyədə idarə edə biləcəklər.
Səsli texnologiyalar
innovasiyalar bazarının liderlərinə çevriləcəklər:
Bu ona görə baş verəcək ki, səsli
interfeyslər innovasiya və təcrübə sahələrindən irimiqyaslı istehsala keçid edəcək.
Gələn il səsli texnologiyalar kütləvi yayılma imkanına sahib olacaqlar. Səsli
süni zəka köməkçiləri nəinki məişət əməliyyatlarını sadələşdirir, həmdə
multimedia məhsullarından istifadəni tamamilə yeni səviyyəyə yüksəldir.
Həmin
texnologiyalar istifadəçilərə öz multimedia kontentlərini idarə etməyə və
sözügedən texnologiyaların yaradıcılarına reklam yerləşdirilməsi baxımından yeni
imkanlar verirlər. Vos düşünür ki, həyatın bir çox sahələri səsli köməkçilər
vasitəsilə idarə olunacaq. Bu texnologiyadan əlavə üstünlükləri həmçinin fiziki
qüsurlu insanlar və qocalar əldə edəcəklər. Səsli əmrlər həmin insanların həyat
keyfiyyətlərini daha da yaxşılaşdıracaq.
Avtomatlaşdırma sistemi hamıya təsir
edəcək:
Süni zəkanın və avtomatlaşdırma
sisteminin fəhlə sinfinin yerini almaqla ofis işçilərinə təsir etməyəcəkləri
bir ssenari artıq günümüzdə yanlış fikirdir. Aydın məslədir ki, konkret bir
prosesin yerinə yetirilməsinə yönəlik bütün peşələri avtomatlaşdırmaq
mümkündür. Buna görə də süni zəka təkcə işçi zavodlarına deyil, həmdə ofisdə
çalışan insanlara da təsir edəcək.
Vos qeyd edib ki, süni zəka səbəbindən bugün
olan peşələrin 30%-i ümumiyyətlə yox olacaqlar. 2018-ci ildə hesablayıcı
resursların qiymətlərinin aşağı düşməsi nəticəsində ofis işçiləri alqoritmlərlə
və ya digər formatlı əməkdaşlar ilə əvəz olunacaqlar. Məsələn, “Goldman Sachs”
şirkətinin 600 treyderi 200 kompüter mühəndisi ilə əvəz olunmuşdur. Bununla
yanaşı şirkət IPO-ya çıxışı da avtomatlaşdırır.
Hackerlər problemi beynəlxalq səviyyəyə
yüksəlməlidir:
Vos-un fikrincə BMT-də kibertəhlükəsizlik
üzrə ayrıca komitet yaradılmalıdır. Onun fikrincə günümüzdə dövlətlər hacking
probleminə ciddi yanaşmırlar və yalnız hackerlərin ləngiməsi və xoşbəxt təsadüf
nəticəsində hələ də bu istiqamətdə qlobal problem baş verməyib. O bildirib ki,
kiberhücumların çox hissəsi digər hackerlər tərəfindən aşkar edilərək cəmiyyətə
bildirilib. Lakin bu işlə insanlar mütəmadi olaraq məşğul olmalıdırlar. Heç
vaxt gözləmək lazım deyil ki, hansısa xoşniyyətli hacker kömək edəcək.
Gələcək, elektrik avtomobillər
arxasında deyil, pilotsuz avtomobillər arxasındadır:
Bir çox ölkələrin yanacaq mühərrikli
avtomobillərdən imtina etmələrinə baxmayaraq, Vos-un fikrincə elektrikli
avtomobillər yeni şəraitə uyğunlaşmayacaqlar. Nə 2018-ci ildə, nədəki daha
sonrakı illərdə. O düşünür ki, gələcək məhz hibrid və hidrogen variantlı
avtomobillərin arxasındadır. Onlar daha rahat, universal və əlçatandırlar. Avtomobil
sahəsində əsas inqilabı yaradacaq texnologiya isə pilotsuz idarəetmə
sistemidir. Vos-un proqnozuna əsasən elektromobillərdən fərqli olaraq pilotsuz
idarəetmə texnologiyası həqiqətən də insanların həyatlarını daha komfort edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
