
2018-ci il iPhone modelləri hansı qiymətə satılacaqlar?
Elm & Texnologiya
26.06.2018
Emil
Son zamanlarda yayılmış bir çox məlumatlara
əsasən bu ilin Sentyabr ayında keçiriləcək ənənəvi təqdimat çərçivəsində Apple
şirkəti 3 model iPhone cihazı təqdim edəcək. Morgan Stanley şirkətinin
analitikləri artıq sözügedən modellərin qiymətləri barəsində proqnozlar da
verirlər. Şirkətin analitiklərinin fikrincə flaqman modellərin start qiymətləri
olduğu kimi qalacaq. Bu isə o deməkdir ki, 6.5 inç ekrana sahib olacaq iPhone X
Plus (smartfonun adı tam dəqiq deyil) 999$, iPhone X modelinin davamçısı 799$,
6.1 inç IPS ekrana sahib olacaq model isə 699-769$ dəyərində satılacaq.
Təbii
ki, həmçinin satışa daha təkmilləşdirilmiş versiyalar da çıxacaq. Məsələn daha
geniş yaddaş həcminə sahib modellər. Biznesin gəlirliyini artırmaq üçün Apple
şirkəti digər strategiya üzrə də gedə bilər. Bu halda iPhone X Plus 1099$, iPhone X-in davamçısı 999$, 6.1 inç ekranlı model isə
799$ qiymətinə
satılacaq. Maraqlısı ondadır ki, LCD ekranlara sahib olacaq iPhone modellərinin
qiymətləri barəsində olan ilk proqnozlarda mütəxəssislər 550-650$ start qiymətlər
göstərirdilər. Daha sonra KGI Securities şirkətindən olan məşhur analitik
Ming-Chi Kuo onların qiymətlərində yüksəlişin olacağını ehtimal etdi.
iPhone X Plus – 900-1000$
iPhone X (2018) – 800-900
iPhone (LCD) – 600-700$.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
