2018-ci ilin texnoloji trendləri

2018-ci ilin texnoloji trendləri

Texnologiya
03.01.2018 PAYLAŞIM

2017-ci ilin sonuna yaxın Netflix servisi Black Mirrorteleviziya serialının yeni sezonunu təqdim etmişdi. Bu serial yaxın gələcəkdə müasir cəmiyyətə yeni texnologiyaların yarada biləcəkləri təhlükə və risklərdən bəhs edir. Onların sırasında kibercinayətkarlıq, virtual reallıq, artırılmış reallıq, süni zəka və s. var. Lakin həmin texnologiyaların iştirak edə biləcəyi daha optimist proqnozlar da var. The Next Web saytı yeni ildə texnologiyalar sahəsinin istiqamətini təyin edəcək texnoloji trendlərin siyahısını tərtib edib.

Blockchain:


Bu texnologiyanın məşhurlaşması ilk növbətə 2017-ci ildə kriptovalyutaların məzənnələrinin yüksəlməsi ilə bağlıdır. Lakin bir çoxları bitcoini sadəcə olaraq asan yolla varlanmaq üsulu kimi gördükləri bir vaxtda qeyd etmək lazımdır ki, rəqəmsal tranzaksiyalar sahəsində blockchain texnologiyasının çox böyük potensialı var. “Blockchainin tətbiq üsulları faktiki olaraq sonsuzdur” – deyə sayt qeyd edib.

Süni zəka:

Süni zəkanı dünyanın bütün məlumatlarını emal etməyə qadir avtonom kompüter kimi qəbul etməsək, onun ixtisaslaşdırılmış forması artıq bir çox sahələrdə tətbiq olunur. Məsələn, pilotsuz avtomobil sistemlərində, Facebook alqoritmlərində, səsli köməkçilərdə və s. Süni zəka həmçinin big data analizi üsulu kimi də faydalıdır. Məsələn, “FarmaTrust” şirkəti bütün dünya üzrə kontrafakt (hüquq normalarını pozaraq orijinal məhsul əsasında yaradılmış yeni məhsul) dərmanlarının yaradılması ilə mübarizədə və online şəkildə dərmanların satışı üçün marketplace yaratmaqda süni zəkadan istifadə edir.

Artırılmış reallıq (AR):

Pokemon Go oyununun inanılmaz sürətdə məşhurlaşması 2017-ci ildə AR əsasında oyunların yaradılmasının nəyə qadir olduğunu sərgilədi. Təbii ki, bu texnologiyanın tətbiq sahəsi daha genişdir. The Next Web-in qiymətləndirməsinə əsasən AR istifadəçilər üçün daha faydalıdır nəinki VR (Virtual Reallıq). Belə ki, AR real dünyanın üzərinə məlumatların virtual laylarını əlavə etməyə imkan verir.

Səsli köməkçilər:

Aydındır ki, son zamanlar “Apple”, “Google” və “Amazon” kimi şirkətlərin bu cür məhsulları çox məşhurdur. Baxmayaraq ki, bu şirkətlərin məhsulları məşhur və tələb olunandılar, rəqəmsal texnologiyaların gündəlik həyata inteqrasiya olunması cəhətdən onların potensialları tam olaraq hələ sərgilənməyib.

Əşyaların interneti (IoT/Internet of Things):

Bu cür texnologiyanın ideyası rəqəmsal cəmiyyətdə uzun illər idiki gəzirdi. Lakin məhz 2017-ci ildə “ağıllı ev” ideyasının və onda mobil cihazların iştirakı yüksək dərəcədə qiymətləndirildi. Təbii ki, bu sahə “ağıllı ev” ideyası üçün maraqlı alətlərlə məhdudlaşmır. Onun əsas ideyası texnologiyaların gündəlik həyata inteqrasiya olunmasıdır.

Kibertəhlükəsizlik:

Texnologiyaların inkişafı ilə birlikdə həmçinin onların boşluqları və hack olunma üsulları da inkişaf edir. Biznes qoşulmuş şəbəkədən istifadə etdiyi müddətcə kibertəhlükəsizlik üzrə tələblər həmişə aktual olaraq qalacaq. Artıq geridə qalmış 2017-ci ildə baş vermiş kiberhücumlar nəticəsində bu sahənin vacibliyi bir daha sübut olunmuşdu.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..

×