2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində ilk Hyperloop nəqliyyat xəttinin inşasına start veriləcək

2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində ilk Hyperloop nəqliyyat xəttinin inşasına start veriləcək

Texnologiya
25.10.2018 PAYLAŞIM

    Hyperloop vakuum nəqliyyatının ərsəyə gəlmə şansları getdikcə böyüyür. Bir çox mütəxəssislərin bu texnologiyaya skeptik yanaşmalarına baxmayaraq artıq gələn il Hyperloop Transportation Technologies (HTT) startapı, daxilində sərnişin kapsullarının saatda 1200 km sürətlə hərəkət edəcəyi ilk kommersiya məqsədli Hyperloop xəttinin tikilməsinə start verəcək. Elon Musk tərəfindən təklif olunmuş bu texnologiya ilə məşğul olan şirkəltər hələki sadəcə olaraq aldıqları investisiyaların miqdarı baxımından rəqabət aparırlar və tələbələr üçün bu mövzu ətrafında müsabiqələr keçirdirlər. Vakuum tunellərinin özləri isə hələki yoxdur. Yəni başqa sözlə desək kağız üzərində hər şey ideal olsa da ortada hələki real bir iş yoxdur.

    Bundan əlavə olaraq sözügedən texnologiya ilə məşğul olan şirkətlərdən heç biri hələki sərnişin kapsullarını saatda 1200 km sürətə çatdıra bilməyib. Bununla belə HTT startapı mütəmadi olaraq inanların bu mövzuya maraqlarını artırır. Məsələn bu ayın əvvəlində şirkət Hyperloop tunelləri üçün nəzərdə tutulmuş sərnişin kapsulunu təqdim etmişdi. Məhz təqdim olunmuş sərnişin kapsulu vakuumda maqnit sürətləndiriclər üzərində hərəkət edəcək. Bu cür təqdimatlar Yaxın Şərqdən olan müştərilərin diqqətlərini cəlb edir. Hələ əvvəlcədən Hyperloop texnologiyasının ərsəyə gəlməsində Yaxın Şərqdən olan neft ölkələri maraqlı idilər. Əsasən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ).

Bənzər xəbər



    İlk kommersiya məqsədli Hyperloop xəttinin inşasının məhz gələn il start götürəcəyi xəbərini də HTT şirkəti ərəb şeyxlərinin yeni investisiyalarından sonra verdi. BƏƏ-min Dar Al-Handasah adlı mühəndislik şirkəti Hyperloop xəttinin tez bir zamanda ərsəyə gəlməsi üçün HTT şirkətinə yeni investisiyalar yatırdı. Yatırılmış investisiyaların miqdarı isə açıqlanmır. BƏƏ-də Hyperloop nəqliyyat növünün ərsəyə gəlməsi üzrə artıq uzun müddətdir ki, danışıqlar gedir. Belə ki, bu ilin Aprel ayında nəqliyyat növünün inşaşı üçün Aldar Properties adlı yerli tikinti şirkəti ilə razılıq əldə olunmuşdu. İlk Hyperloop xətti Abu-Dabi ilə Dubay sərhədində yerləşəcək. Onun uzunluğu isə 10 km təşkil edəcək. Bu ilin Aprel ayında HTT şirkəti güman edirdi ki, bu nəqliyyat növündən insanlar artıq 2020-ci ildə istifadə edə biləcəklər. HTT şirkəti Hyperloop texnologiyasını təkcə Yaxın Şərqdə deyil digər ölkələrdə də istifadəyə verməyi ümid edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×