main-post-cover

    2019-cu ilin ən çox satılan smartfonu məlum oldu

    Elm & Texnologiya
    27.02.2020
    Farid Pardashunas
        Omdia şirkətinin analitikləri keçən il hansı smartfon modellərinin daha çox satıldıqlarını hesablayaraq 2019-cu ilin ən çox satılmış smartfon modelini təyin ediblər. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə keçən il ən çox satılmış smartfon 2018-ci ildə satışa çıxmış iPhone XR olub. Belə ki, Apple şirkəti 12 ay ərzində 46.3 milyon ədəd iPhone XR sata bilib. Aktual olan iPhone 11 modeli 9 milyon fərq ilə ikinci yerdə qərarlaşıb.
        Şirkət ümumiikdə 37.3 milyon ədəd iPhone 11 sata bilib. Üçüncü, dördüncü və beşinci yerlərdə Samsung şirkəti qərarlaşıb. Şirkət keçən il 30.3 milyon ədəd Galaxy A10, 24.2 milyon ədad Galaxy A50 və 19.2 milyon ədəd Galaxy A20 satıb. Siyahıda həmçinin digər iPhone modelləri də var. Məsələn Apple şirkəti keçən il 17.6 milyon ədəd iPhone 11 Pro Max, 17.4 milyon ədəd iPhone 8 və 15.5 milyon ədəd iPhone 11 Pro satıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər