main-post-cover

    2020-ci ildə Apple şirkəti 4 iPhone modeli təqdim edə bilər

    09.07.2019
    Farid Pardashunas
        JP Morgan şirkətinin analitikləri investorlar üçün sonuncu hesabatlarında qeyd ediblər ki, Apple şirkəti 2020-ci ildə 4 iPhone modeli təqdim edəcək. Güman edilir ki, həmin iPhone modellərindən 3-cü 5.4 düym, 6.1 düym və 6.7 düym OLED ekranlarla təchiz olunacaq və 5G texnologiyasını dəstəkləyəcəklər. Həmçinin həmin iPhone modellərinin əsas kameraları ətraf mühitin 3D skan texnologiyasını da (Time-of-Flight) dəstəkləyəcəklər.
        Dördüncü iPhone modeli isə iPhone SE-nin büdcəli davamçısı olacaq. O, 4.7 düym LCD ekranla təchiz olunacaq, lakin 5G-ni dəstəkləməyəcək. JP Morgan analitikləri 5G texnologiyasının iPhone modellərinə inteqrasiyası məsələsində optimistdirlər və onların fikrincə 2020-ci ildə Apple şirkəti 195 milyon ədəd iPhone sata biləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, proqnozlara əsasən Apple şirkəti bu il 180 milyon ədəd iPhone satacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər