'2021-ci ildə böyük neft şirkətləri öz iflaslarını elan edəcəklər'

'2021-ci ildə böyük neft şirkətləri öz iflaslarını elan edəcəklər'

25.09.2017 PAYLAŞIM

Clean Technica saytının baş redaktoru növbəti 13 il müddətinə elektromobil istehsalçıları üçün optimistik, neft şirkətləri üçün isə pessimist proqnozlar verib.

2017-ci il:

Bazarda uzun yol qətt edə bilən və sərfəli qiymətə satılan elektromobillər təqdim olunur. Onların sırasında Renault ZoeChevy Bolt və Tesla Model 3 kimi modellər var. Bu kimi modellər ABŞ-da, Avropada və Çində satışlara marağın oyanmasına gətirib çıxardır. Ticarət və əyləncə mərkəzlərinə inteqrasiya olunan elektrik şarj stansiyalarının sayı artır. Böyük şirkətlər isə elektromotorlara keçid planlarını elan edirlər.


2018-ci il:

Elektrikli nəqliyyat vasitəsi, sıravi istehlakçının ağlına batır. Tesla və Nissan Leaf kimi modellərin satışı böyüyəcək, benzin və dizel yanacaqlı avtomobillərin satışı isə aşağı düşəcək. Bu cür halın baş verməsində həmçinin Avropanın bir çox ölkələrində benzin və dizel yanacaqları vasitəsilə çalışan avtomobillərə qadağanın qoyulması təsir edəcək. Tesla Supercharger adlı stansiyalar şəbəkəsi, ABŞ-ın, Avropanın böyük şəhərlərini birləşdirir. Tesla Model Y-nin anonsu gözlənilir.

2019-cu il:

Niderland, Fransa, Almaniya və İngiltərədə elektromobillər bazarı 10% artacaq. Avropa və ABŞ-da yüklərin daşınması prosesi elektrikləşdiriləcək. Nevadada Tesla Gigafactory adlı böyük zavodun tikintisi sona çatacaq. Digər ştatda və ya ölkədə daha bir zavodun tikintisinə start veriləcək. İlk Model Y avtomobilləri satışa çıxacaq. Şirkət, elektrikli yük maşınlarının istehsalını yüksəldəcək.

2020-ci il:

Tələbatın aşağı düşməsi və istehsal olunmuş məhsulların yığılıb qalması nəticəsində neft şirkətləri bazarı yüksək dərəcədə pullar itirəcək. Bu həmçinin elektromotor sistemə keçidi gec etmiş avtomobil istehsalçılarına da şamil olunacaq. “Ford” və “General Motors” kimi şirkətlər, iflasa yaxın olacaqlar. İnvestorlar, batareya istehsal edən zavodlara külli miqdarda investisiyalar yatıracaqlar. Avopa və ABŞ-da ağır elektrikli yük maşınlarının həcmi 10-20%, elektrikli avtobusların həcmi isə 70% artacaq.

2021-ci il:

Böyük neft şirkətləri öz iflaslarını elan edəcəklər. Avropa və ABŞ-da hibrid avtomobillərin satışları 20-25% təşkil edəcək. Litium-ion batareyalarının qiyməti isə nisbətən aşağı düşəcək.

2022-ci il:

Bir çox istehlakçılar artıq hibrid avtomobillərin üstünlüklərini anlayacaqlar. Digərləri isə tamamilə elektrikli avtomobil modellərinə keçid edəcəklər və demək olar ki, bütün avtomobillər, elektrikləşdirilmiş sistem üzrə istehsal ediləcək.

2023-cü il:

Böyük şəhərlərdə avtonom nəqliyyat növləri ilk öncə robotaksi şəklində inkişaf etməyə başlayacaq. Avropa və ABŞ-da hibrid avtomobillərin satışları 23-50%, Çində isə 50-70% artacaq. Ənənəvi yanacaq doldurma stansiyalar vəı avtomobil təmiri yerləri yavaş-yavaş bağlanacaqlar.

2024-2030-cu illər:

Bu 5 il ərzində elektrikli nəqliyyata keçid və infrastrukturun inkişafı mərhələsi sona çatacaq. Bir çoxları özəl avtomobil almaq yerinə rahat şəkildə pilotsuz robotaksilərdən istifadə edəcəklər. Çin brendləri, ABŞ və Avropa bazarlarına daxil olacaqlar. Şəhərlərdə daha sakit və rahat həyat tərzi başlayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×