
Apple məhsulları üzrə proqnozları ilə tanınan məşhur analitik Ming-Chi Kuo büdcəli iPhone modelinin növbəti inkişaf mərhələsi barəsində məlumat verib. Analitikin verdiyi məlumata əsasən iPhone SE-nin 2021-ci ildə çıxacaq versiyası iPhone 8-dən fərqli olaraq qeyri standart barmaq izi skanı texnologiyasını əldə edəcək. Bu barədə Macrumors saytı xəbər verib. Analitik qeyd edibki, 2021-ci ildə LCD ekrana sahib iPhone modeli satışa çıxacaq və onun barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsində yerləşəcək.
Keçən ay analitik artıq qeyd etmişdi ki, yeni büdcəli iPhone modellərində Face ID texnologiysı olmayacaq. Barmaq izi skanı texnologiyasının smartfonun kənar hissəsinə inteqrasiyası öz növbəsində tamamilə çərçivəsiz ekran yaratmaq imkanını verəcək. Bu halda ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş sadəcə kiçik çıxıntı hissə yerləşdiriləcək. Bununla yanaşı analitik iPhone SE 2 Plus şərti adına sahib smartfonun da satışa çıxacağını qeyd edib. Onun sözlərinə əsasən həmin model ya 5.5 ya da 6.1 düym ekran əldə edəcək.
Şərh yoxdur