
Wall-Street analitiki Tom Lee-nin fikrincə 2022-ci ilə kimi qiyməti 55.000 dollar qiymət göstəriciyə çatana kimi bitcoinin qiyməti qalxmağa davam edəcək.
Öz proqnozunu o, kəsirin iqtisadi prinsipi və bazardakı
qeyri-stabilliyə əsasən irəli sürüb. Lee düşünür ki, bitcoin, vaxtı ikən
iqtisadiyyatda qızıl ehtiyyatının rolunu öz üzərinə götürüb. Yəni, bazarın
düşdüyü və qeyri-sabit olduğu bir vaxtda etibarlı və möhkəm əmanət növü olmağa
başlayır. Bunu əsasən hökumətin, valyutanı ciddi şəkildə idarə edən ölkələrdə
(Çin, Yaponiya) görmək olar. Bir çoxları bitcoindəm, məzənnəsinin tez-tez dəyişilməsi
barədə şikayətlənir. Məhz bu cəhətdən o, etibarlı əmanət növü sayıla bilməz.
Lakin Lee öz müsahibəsində qeyd edib ki, 1971-1980-ci illərdə ABŞ, “qızıl
standart”dan imtina etdiyi bir müddətdə qızılın məzənnəsi 90% təşkil edirdi.
Buna əsasən bitcoinin məzənnəsinin də müəyyən zaman ərzində yaxşılaşmasını gözləmək
lazımdır. Təsadüfə əsasən bu il bitcoinin qiyməti qızılı keçib. Bitcoinin kəskin
şəkildə qalxması, onu digər kriptovalyutalardan fərqləndirir. Məsələn, 2010-cu
ildə 10.000 bitcoinə 2 ədəd pizza almaq mümkün idisə, indi bu 25 milyon
dollardır. Bitcoinin qiymətinin qalxmasının digər bir səbəbi isə onun az olmasıdır.
Hesablamalara əsasən bütün dünya üzrə bitcoinin miqdarı 21 milyondur. Bitcoini
mining etmək getdikcə çətinləşir. Buna görə də onun qiyməti getdikcə yüksələcək.
Şərh yoxdur