2030-cu ildə 8 milyon insan raketlər vasitəsilə Yerətrafı uçuşlar reallaşdıracaq

2030-cu ildə 8 milyon insan raketlər vasitəsilə Yerətrafı uçuşlar reallaşdıracaq

Texnologiya
21.03.2019 PAYLAŞIM

    Raket vasitəsilə Nyu Yorkdan Şanxaya 15 saat əvəzinə 40 dəqiqəyə çatmaq mümkün olacaq. Milyonlarla sərnişin öz vaxtlarına qənaət etmək istəyəcək və buna görə də onlar adi təyyarələrdən kosmik aparatlara keçid edəcəklər. Bu cür proqnozu UBS bankı verib. Bu barədə Hightech.plus saytı xəbər verib. Kosmik xidmətlər bazarı hal hazırda 400 milyard dollar dəyərində qiymətləndirilir. Lakin UBS bankının proqnozuna əsasən 2030-cu ilə kimi onun dəyəri 2 dəfə böyüyəcək. Yaxın onilliklər ərzində kosmik turizm sahəsi çox böyük məşhurluq qazanacq. Kosmos sərhədinə olacaq qısamüddətli əyləncəli uçuşlar yeni sahənin inkişafına təkan verəcək. Söhbət, raketlər vasitəsilə sürətli suborbital uçuşlardan gedir.

    “Hələki kosmik turizm yaranma mərhələsindədir. Lakin texnologiyalar irimiqyaslı səviyyəyə çatandan və qiymətlər aşağı düşəndən sonra bu sahə çox məşhur olacaq” – deyə mütəxəssislər qeyd edirlər. SpaceX şirkəti artıq bu cür planı hazırlayır. Elon Musk-ın şirkəti hələ 2017-ci ildə elan etmişdi ki, onun çoxistifadəli Starship kosmik gəmisi bir neçə dəqiqə ərzində yüzlərlə sərnişini Yer kürəsinin bir nöqtəsindən digərinə çatdıra biləcək. İlk növbədə Starship Mars və Aya uçuşlar üçün istifadə olunacaq. Lakin kontinentlərarası uçuşlar üçün də bu kosmik gəmi yarayar. SpaceX söz verir ki, bu cür üsulla Nyu Yorkdan Şanxaya 40 dəqiqəyə çatmaq olacaq. Adi təyyarə ilə bu cür uçuş 15 saatdan bir qədər çox müddətə reallaşdırılır.

Bənzər xəbər


    UBS bankının analitikləri əmindirlər ki, bir çox şirkətlər bu cür daşınma üsulunda maraqlı olacaqlar. Bu cür xidmətə tələbat artıq mövcuddur. Belə ki, bankın apardığı sorğu onu göstərdi ki, mütəmadi şəkildə uçuşlar edən sərnişinlərin 10%-i təyinat nöqtəsinə tez çatmaq üçün təyyarədən kosmik aparata keçid etməyə razıdır. Artıq 2030-cu ilə kimi qısamüddətli raket reysləri bazarının dəyəri 20 milyard dollar təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, həmin vaxta kimi kosmik turizmin dəyəri 3 milyard dollar təşkil edəcək. Özəl şirkətlər kosmik xidmətlərin inkişafına artıq milyonlarla dollar investisiyalar yatırırlar. Onlardan bir çoxları hələki yük daşınması sahəsində fəaliyyət göstərirlər. Lakin bununla paralel olaraq sərnişin daşınması sahəsinə də böyük maraq göstərirlər. Onların arasında təkcə SpaceX deyil həm də Virgin Galactic və Blue Origin kimi şirkətlər var.

    UBS bankı özəl şirkətlərə aviasiya sahəsinin azad nişasına fikir verməyi məsləhət görür. Bankın qiymətləndirməsinə əsasən hər il 150 milyondan çox insan davamlılığı 10 saatdan çox olan reyslər vasitəsilə uçuşlar reallaşdırır. “Əgər təsəvvür etsək ki, bu kateqoriyada olan uçuşların 5%-i kosmos üzərindən ediləcək və bir biletin qiyməti minimum 2500$ təşkil edəcək, deməli şirkətin illik gəliri 20 milyard dolları keçəcək” – deyə UBS bankı bildirib. UBS onu da qeyd edir ki, bu cür layihələri artıq elmi-fantastika hesab etmək lazım deyil. Söhbət, artıq reallaşdırılması mümkün olan biznes istiqamətindən gedir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..


Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli avtomobillərə keçid prosesin..

Dünyanın ən böyük avtomobil istehsalçısı olan Toyota şirkəti ABŞ-da və digər ölkələrdə elektrikli av..

×