main-post-cover

    2030-cu ildən Vaşinqton ştatında benzinlə çalışan minik avtomobilləri qadağan ediləcək

    Elm & Texnologiya
    19.04.2021
    Farid Pardashunas
        Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib. Bu qanuna əsasən 2030-cu ildən başlayaraq Vaşinqton ştatındakı bütün minik avtomobillər elektrikləşdirilmiş olmalıdırlar. Nəticədə 2030-cu ildən başlayaraq ştatda digər yeni avtomobillərin satışı qadağan ediləcək. Sözügedən qanun Vaşinqton ştatının bütün nəqliyyat infrastrukturunun elektrikli rejimə keçidi üçün nəzərdə tutulmuş irimiqyaslı layihənin bir hissəsinə çevriləcək. Bu barədə Electrek saytı xəbər verib.
        Sözügedən qanun layihəsi sayəsində Vaşinqton ştatı benzinlə çalışan avtomobillərə qanun səviyyəsində qadağa qoyacaq ilk ABŞ ştatı olacaq. Kaliforniya və Massaçusets kimi ştatlarda eyni qanun 2035-ci ildən qüvvəyə minəcək. Qəbul edilmiş qanun artıq Vaşinqton ştatının 2 qanunverici palatasından keçib və imzalanmaq üçün qubernatora göndərilib. Bu qanun 2030-cu və ondan sonrakı illərdə olacaq benzinli avtomobillərin satışını, alışını və qeydiyyatını qadağan edir. Beləliklə qanun hətta digər ölkədən və ya ştatdan gətirilmiş benzinli avtomobilin alışına da qadağa qoyur.
        Buna baxmayaraq məlumatda qeyd edilib ki, yeni qanun layihəsi sərt tələb qismində deyil məqsəd qismində çıxış edir. Buna görə də çox güman ki, qanunda hansısa istisnalar və ya boşluqlar olacaq. Bundan əlavə olaraq sənəddə olan bir bənd var və həmin bəndin reallaşdırılması üçün ştatın bütün nəqliyyat infrastrukturunun 75%-i yollardan istifadə vergisini ödəməlidir. Belə ki, həmin vergi benzin üçün nəzərdə tutulmuş vergini əvəz etməlidir və vergidən əldə olunan gəlir elektromobillər üçün olan infrastrukturun genişləndirilməsində istifadə olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər