main-post-cover

    2030-cu ilə kimi Çində Windows-dan Linux-a keçid edəcəklər

    Elm & Texnologiya
    11.05.2020
    Emil Nəcəfov
         NetMarketShare adlı analitik servis Çindəki əməliyyatlar sistemi bazarı üzrə olan tədqiqat nəticələrini təqdim edib. Beləliklə şirkətin məlumatlarına əsasən Çində Linux əməliyyat sisteminə keçid prosesi yüksək sürətlə artır. Bu səbəbdən isə Windows əməliyyat sisteminin Çin bazarındakı payı getdikcə aşağı düşür. Gözləntilərə əsasən yaxın gələcəkdə müstəqil əməlyyat sistemi kimi yayılan Linux-un bazar payı daha çox olacaq. Bu barədə Gizchina saytı xəbər verib.
         Analitiklərin məlumatlarına əsasən bu ilin mart ayından aprel ayına kimi Çindəki kompüterlərdə Linux-un payı 1.5% artıb. Windows-un payı isə 2% aağı düşüb. Tongxin Software Technology şirkətinin general direktoru Liu Xinhuan-ın sözlərinə əsasən gələcəkdə Microsoft şirkətinin əməliyyat sisteminin bazar payı minimuma enəcək, Linux-un bazar payı isə yüksələcək. Onun sözlərinə əsasən bunun üçün 3 ildən 10 ilə kimi vaxt lazım olacaq.
         StatCounter agentliyi tərəfindən təqdim olunmuş aktual statistika onu göstərir ki, Çində olan kompüterlərin 86.67%-i Windows vasitəsilə çalışır. Apple şirkətinin macOS əməliyyat sisteminin Çin bazarındakı payı 9.94%, Linux-un payı isə hələ ki, 0.6% təşkil edir. Analitiklər əmindirlər ki, əgər Windows-un Çin bazarındakı payının aşağı düşmə tempi dəyişilməz olaraq qalsa, Tongxin Software Technology şirkətinin proqnozu həqiqətən də reallaşacaq.
    Linki kopyala