2038-ci ildə insanın süni zəka ilə keçirdəcəyi günün təsviri
Elm & Texnologiya
22.01.2018
Emil Nəcəfov
“Microsoft” şirkətinin prezidenti Brad Smith və şirkətin süni zəka üzrə vitse-przidenti Harry Shum süni zəka haqqında kitab təqdim ediblər.
Onların fikrincə süni zəka köməkçiləri
insanın alter eqosuna çevriləcəklər. Şirkətin top menecerlərinin proqnozları əsasında
Business Insider saytı 20 ildən sonra adi insan həyatının bir gününü təsvir
edib. Smith və Shum inanırlar ki, süni zəkanın nəticə etibarilə olacaq təkamülü
hər bir insanın süni zəka köməkçisinə sahib olacağıdır. O hər zaman hər yerdə
öz sahibinin yanında olacaq. Həmin elektron köməkçi insan həyatının ayrılmaz
hissəsinə çevriləcək. 2038-ci ildə standart gün ondan başlayacaq ki, insan
yatdığı müddətdə süni zəka köməkçisi sahibinin yeni gün üzrə cədvəlini analiz
edəcək və ağıllı ev cihazlarına əmrlər verəcək.
Məsələn çaynikdə olan suyun
qızıdırlması, qəhvə aparatının və çörək qızdırıcısının işə salınması kimi əmrlər.
Süni zəka köməkçisi sahibinin yuxu dövrlərini analiz edərək onu lazımi zamanda
oyadacaq. İnsan yuxudan oyanandan sonra süni zəka köməkçisi ona gündəlik xəbərləri
və sosial şəbəkədə olan aktivliklər üzrə məlumatları verəcək. Bütün bunları süni zəka
insanın cədvəli, maraqları və kontaktlarını analiz edərək təqdim edəcək. Köməkçi, olacaq görüşlər, hava proqnozu və planlaşdırılmış hadisələr barədə öz sahibini
məlumatlandıracaq. Bununla yanaşı sistem öz sahibinə havaya uyğun olaraq necə
geyinməyi və yolda tıxaca düşməmək üçün nə zaman evdən çıxmağı da məsləhət görəcək.
Bu cür süni zəka köməkçisi sayəsində insanlar öz dostlarının və ailə üzvlərinin
doğum günlərini unutmayacaqlar. Belə ki, süni zəka köməkçisi həmin şəxslərin
sosial şəbəkə hesabları barəsində məlumatlı olacaq. Lazım olduğu halda sistem hədiyyə
və gül sifarişi verə və ya restoranda sizin adınıza masa bron edə bilər. Evdən
çıxandan sonra gələcəyin insanı özünün pilotsuz avtomobilinin daxilində müxtəlif
ölkələrdə yaşayan şəxslərin iştirakı ilə iş videokonfransı yarada biləcək.
Artırılmış reallıq eynəkləri sayəsində isə videokonfrans iştirakçıları ümumi
vitual danışıq mühitində ola biləcəklər. Hamı müxtəlif dillərdə danışacaq.
Lakin bu halda da tərcüməçiyə ehtiyac olmayacaq. Belə ki, tərcümə avtomatik olaraq
danışığa inteqrasiya olunacaq.
Pilotsuz avtomobil insanı işə apardığı müddətdə
o, müdiriyyətə göstərməli olacağı prezentasiya üzərində çalışa biləcək. Həmin
iş prosesi isə avtomobilin multimedia sistemində reallaşdırılacaq. Bu zaman
süni zəka köməkçisi lazımi məlumatı axtara, və sahibinin fokuslandığı mövzu üzrə
öz məsləhətlərini verə bilər. Gün əzrində sistem öz sahibinin elektron poçt
ünvanını analiz edəcək, vacib olmayan məktublara özü cavab verəcək, qalanlarını isə
vacibliklərinə görə ayıraraq sahibinin öhdəliyinə buraxacaq. İnsan çalışdığı müddətdə
süni zəka köməkçisi onun bütün vacib göstəricilərini analiz edərək səhhətinin vəziyyətini
öyrənəcək.
Əgər süni zəka normadan artıq və ya az nəsə aşkar etsə, o, öz məsləhətlərini
verəcək və ya sahibinin konsultasiya ala biləcəyi həkimi ilə əlaqələndirəcək. Həkimin
özünə də süni zəka kömək edəcək. Müşahidə olunmuş vəziyyətin çoxluğu hesabına
sistem öz müalicə məsləhətlərini təyin edəcək. Axşama yaxın xüsusi dron həkimin təyin
etdiyi lazımi dərmanları insanın evinə çatdıracaq. Ev şəraitində müalicə müddətində
həkim insanı uzaqdan nəzarət altında saxlayacaq. Əgər hər şey yaxı getsə, insan
öz müalicəsini sona çatdıracaq. Əks halda həkim və süni zəka digər plan tərtib
edəcəklər. Faktiki olaraq “Microsoft” şirkəti nəsə yeni bir şeyin proqnozunu etmədi.
Günümüzdə bu proqnozların bəzilərinin ya prototipləri və ya artıq işlək
versiyaları mövcuddur. Şirkət üçün süni zəka insanın ilk növbədə köməkçisidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!