23 MP'lik kamera, əla səs və çərçivəsiz dizayn: Sony Xperia XA2 Plus təqdim olundu

23 MP'lik kamera, əla səs və çərçivəsiz dizayn: Sony Xperia XA2 Plus təqdim olundu

Texnologiya
11.07.2018 PAYLAŞIM

    Sony şirkəti Xperia XA seriyasında ilk orta büdcəli Xperia XA2 Plus modelini təqdim etdi. Yeni smartfon 6 inç Full HD+ ekranla təchiz olunub. Bu cür ekran ölçüsü həmçinin Xperia XA2 Ultra modelində də var. Lakin yeni smartfonda 18:9 nisbətli ekran hesabına cihaz əvvəlki modeldən uzunluğu və enliliyi üzrə 6 mm kiçikdir. Bu isə öz növbəsində smartfondan bir əllə istifadəni rahatlaşdırır. İlk dəfə olaraq şirkətin orta büdcəli smartfonu Hi-Res Audio texnologiyasını dəstəkləyir. Bu texnologiya WAV, FLAC, ALACAIFF formatlarını özündə birləşdirir.


Bənzər xəbər


    Bunun sayəsində istifadəçilər musiqiləri yüksək keyfiyyətdə dinləyə bilərlər. Xperia XA2 Plus-ın korpusu aliminiumdan, arxa qapağı isə plastik materialdan hazırlanıb. Texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 630 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), 23 MP-lik arxa kamera (saniyədə 120 kadr olmaqla slo-mo və 4K videoların çəkilməsi), 8 MP-lik ön kamera və Quick Charge 3.0 sürətli enerji yığma texnologiyalı 3580 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Sony Xperia XA2 Plus gələn aydan satışa çıxacaq. Onun tam dəqiq satış tarixi və qiyməti barəsində məlumatlar isə sonradan veriləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×