main-post-cover

    24 düym ekranlı yeni iMac-ın hazırlandığı məşhur analitik tərəfindən təsdiqlənib

    Elm & Texnologiya
    18.10.2023
    Emil Nəcəfov
         Dünən məlumat ortaya çıxdı ki, Apple şirkəti 24 düym ekrana sahib yeni iMac üzərində çalışır. İndi isə bu məlumatı məşhur analitik Ming-Chi Kuo təsdiqləyib. Analitikin sözlərinə əsasən Apple şirkəti yeni iMac modelini gələn il təqdim etməyi planlaşdırır. Yeni iMac çox güman ki, hal hazırda aktual olan iMac modelinin xarici görünüşünü əldə edəcək. Lakin analitik bildirib ki, hazırlanan 24 düym ekranlı iMac-da fərqli prosessordan istifadə ediləcək.
         Belə ki, hal hazırda aktual olan iMac modelində Apple M1 prosessorunun istifadə edildiyi halda yeni iMac modeli Apple M3 prosessoru  vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Apple M3 prosessoru hələ rəsmi şəkildə təqdim olunmayıb. Bəzi mlumatlara əsasən sözügedən prosessor 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. 3 nanometrlik texnoloji proses sayəsində M3 prosessoru daha performanslı və enerji sərfiyyatı baxımından daha effektiv olacaq
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni Apple Pencil stilusu təqdim olunub - QİYMƏTİ
    yeni-apple-pencil-stilusu-teqdim-olunub-qiymeti
    Apple gələn il hansı noutbukları təqdim edəcək?
    apple-gelen-il-hansi-noutbuklari-teqdim-edecek
    iPad mini 7-nin özəllikləri barəsində məlumatlar verilib
    ipad-mini-7-nin-ozellikleri-baresinde-melumatlar-verilib
    Bütün iPhone 15 modellərinin hansı qiymətə istehsal olunduqları məlum olub
    butun-iphone-15-modellerinin-hansi-qiymete-istehsal-olunduqlari-melum-olub
    Apple A17 Pro prosessorunun istehsalı hansı qiymətə başa gəlir?
    apple-a17-pro-prosessorunun-istehsali-hansi-qiymete-basa-gelir