25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi

25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi

Texnologiya
02.12.2019 PAYLAŞIM

    “Yüksək Texnologiyalar Həftəsi”nə start verərək 3-6 dekabr tarixlərində 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar “Bakutel” Sərgisi keçiriləcək. Sərgi 25 illik yubileyini yeni brend və formatda təntənəli şəkildə qeyd edir.

    25 ildir ki, İT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirir. Sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.

25 İLLİK UĞUR:

- 3000 şirkət

- 50 ölkə

- 160 000 ziyarətçi

- Yaradılmış müəssisələr, vacib əlaqə və görüşlər

    Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini hər il ziyarət etməyi sərginin yüksək statusunu təsdiq edir.

    Bu il sərgidə bir sıra yüksək rütbəli xarici qonaqlar iştirak edəcəklər. Onların sırasında: Mehmet Cahit Turhan - Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri, Konstantin Şulqan - Belarusun Rabitə və İnformasiya naziri, Houlin Jao - Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi və digər qonaqlar.

    Yubiley sərgi dünyanın 23 ölkəsini təmsil edən 238 şirkəti bir araya gətirir. Sərgi iştirakçılarının arasında Azərbaycan şirkətləri ilə yanaşı Çin, Finlandiya, İsveçrə, Ukrayna və bir sıra digər ölkələrdən şirkətlər yer alır. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ (4), Belarus (6), Fransa (2), İran (16), İsrail (3), İtaliya (4), Rusiya, Sloveniya, Türkiyə (3), Xorvatiya (6) və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edirlər.

    Uğurlu iş üçün istifadəçilərə lazım olan real həll variantları və texnologiyalar aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribyutorları və gənc layihəçilər tərəfindən təqdim edilir. Sərgidə “Ericsson”, “Elcore”, “Nokia”, “CISCO”, “Huawei”, “Microsoft” kimi nəhəng xarici şirkətlər yanaşı, eləcə də sərginin baş sponsoru “Azercell”, eləcə də “Bestcomp Group”, “Idrak Technology Transfer”, “Smart Systems Technology” kimi yerli şirkətlər iştirak edir.  Yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları təqdim edir. Sərgi biznes həlləri, kiber təhlükəsizlik texnologiyaları, nanotexnologiyalar, “bulud” texnologiyaları, IoT, peyk texnologiyaları, proqram təminatı, mobil və peyk rabitəsi və digər xidmətləri təqdim edir. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir.

DÖVLƏT SEKTORUNDA İT HƏLLƏR

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan milli pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri yer alırlar.

    “Bakutel 2019” sərgisinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi öz həll variantları ilə qatılıb.

    Sərgidə “ASAN” və onun “E-GOV” (Elektron hökumət) sistemi təqdim olunur.

    Kiçik və orta biznes subyektlərinin, müxtəlif sahələr üçün həll texnologiyaları üzərində çalışan özəl sahibkarların biznesinin inkişafını asanlaşdırmaq məqsədi ilə “Bakutel” sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) stend ilə çıxış edir.

    Sərginin ikinci zalında IoT (Əşyaların interneti) texnologiyaları təqdim edən şirkətlər yerləşir.

“STARTAP AVENYU”

    “Bakutel” sərgisi yeniliklərin nümayişi üçün ölkənin ən böyük qovşağıdır. “Bakutel” sərgisinin təşkilatçıları sənaye liderləri və dövlət strukturları ilə yanaşı, gənc layihəçilərə öz ixtira və proqramları haqqında məlumat vermək üçün şəraitin təmin edilməsi ənənəsini davam etdirir. Bu il sərgidə 50-ə yaxın startapçı iştirak edir və müxtəlif fəaliyyət sahələri üçün öz layihələrini təqdim edir.

    İnnovasiyalar Agentliyində fəaliyyət göstərən startaplar, həmçinin istər Bakıdan, istərsə də ölkə regionlarından olan startapların da daxil olduğu, “İdeyadan biznesə” startap turlarının finalçılarının layihələri sərgi çərçivəsində təqdim olunur. Sərgidə “Barama” və “AppLab” inkubasiya mərkəzləri də iştirak edir.

ƏLAVƏ TƏDBİRLƏR PROQRAMMI:

    Sərgi çərçivəsində "Event" zona fəaliyyət göstərir. Bu zonanın sponsoru qismində “Hewlett Packard Enterprise” şirkəti çıxış edir.

    “Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir.

    Dekabrın 3-də sərginin uzun illər ərzində tərəfdaşı olan - "Infocity" jurnalı ilə birlikdə "İnnovasiyalar zonası"nın çərçivəsində “Bakutel” iştirakçıları sərginin peşəkar qonaqlarına telekommunikasiya və informasiya texnologiyaları sahəsindəki yenilikləri təqdim edəcəklər.

    3 və 5 dekabr tarixlərində qabaqcıl xidmətləri nümayiş etdirmək üçün daha bir platforma olan "Təqdimat lar zonası"nda yerli və xarici sərgi iştirakçıları əyləncə, ağıllı texnologiyalar, rəqəmsal texnologiyalar, monitorinq və məlumatların təhlili sahəsindəki son nailiyyətlərini, habelə dövlət sektorundakı rəqəmsal həlləri təqdim edəcəklər.

    4 dekabr tarixində “Bakutel”in xüsusi qonağı, Forbes jurnalının redaksiya direktoru Nikolay Uskov və sərgilərin daimi tərəfdaşı, 1news xəbər agentliyinin direktoru Rəhman Hacıyevin iştirakı ilə unikal işgüzar dialoq formatında eksklüziv (qapalı) tədbir keçiriləcəkdir. "Canlı" müzakirə çərçivəsində, biznesdəki yeniliklər və müasir dünyada uğur düsturu müzakirə ediləcək.

    4 dekabr tarixində artıq ikinci dəfə “Bakutel” sərgisi çərçivəsində “Əşyaların İnterneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr olunmuş Xəzər İnnovasiya Konfransı keçiriləcək. Konfransda Əşyaların İnterneti üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərinin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaq.

    Xəzər İnnovasiya Konfransına keçirilməsinin təşəbbüskarı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Tədbir “Genişzolaqlı rabitə”, “Süni intellekt”, “Əşyaların İnterneti”, “İKT yönlü startaplar və innovativ sahibkarlıq”, “Dördüncü sənaye inqilabı”, Elm tutumlu istehsal” və “Kiber hazırlıq” kimi mövzuları əhatə edir.

    5 dekabr tarixində sərgi iştirakçıları və şaquli bazarları təmsil edən şirkətlər arasında yeni tərəfdaşlar və innovativ həllər axtarış üçün əlavə platforma olan B2B formatlı görüşlər keçiriləcək.

    5 dekabr tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Danışan məktub” bədii filminin görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün uyğunlaşdırılmış versiyasının təqdimatı baş tutacaq.

BAKUTEL TECH TALKS:

    Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel TechTalks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Bu unikal platforma sənayenin aktual mövzularını qaldırmağa, sənaye mütəxəssislərinə innovativ məzmun təqdim etməyə imkan verəcək. “Bakutel Tech Talks” 3 sessiyadan ibarət olacaq:

- 4 dekabr – “İT üzrə mütəxəssislərin formalaşmasında məktəb və universitetin rolu: çağırışlar və ehtiyaclar” sessiyası çərçivəsində ölkədə İT kadrlarının hazırlanması ilə bağlı, eləcə də bu məsələdə universitetlərin rolu, yanaşmaları, üzləşdikləri çətinliklər və onların həll yollarını müzakirə ediləcək. Məruzəçilər: Vüsal Xanlarov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəhbəri, Azərbaycan Respublikası Təhsil Nazirliyi; Ramin Mahmudzadə, İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasının dosenti, Bakı Dövlət Universiteti; Elxan İbrahimov, İnformasiya sistemlərinin inkişafı departamentinin baş mütəxəssisi, Kapital Bank; Nailə Allahverdiyeva, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri, Bakı Ali Neft Məktəbi. Sessiyanın moderatoru ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Araz Yusubovdur.

- 5 dekabr - Dünyanın İT sənayesini irimiqyaslı beynəlxalq İT şirkətlərində çalışan həmvətənlərimizin gözləri ilə görmək imkanını verən və eyni zamanda İT sahəsində uğurlu karyera qurmaq üçün motivasiya rolunu oynayan “Bizimkilər” sessiyası. Bu sessiyada Vüsal Dadalov - Proqram təminatı üzrə baş mühəndis, Uber (Amsterdam, Hollandiya) “Geniş miqyaslı paylanmış sistemlər”; Pərvin Sadıqova – kibertəhlükəsizlik üzrə analitik, Onfido (London, Birləşmiş Krallıq) “Kibertəhlükəsizliyin vacibliyi, çətinliklər və imkanlar”; Adil Əliyev - Proqram təminatının inkişafı üzrə mühəndis, Amazon (Vankuver, Kanada) ““Amazon SageMaker" ilə süni intellekt”, Günay Kazımzadə - Süni intellekt üzrə tədqiqatçı, Berlin Texniki Universiteti: Vayzenbaum İnstitutu (Berlin, Almaniya) “Süni intellekt: trendlər, imkanlar və Azərbaycan üçün perspektivlər”, Rövşən Musayev – DevOps/Bulud texnoloqiyaları mühəndisi, NN (Praqa, Çexiya) ““DevOps” mühitinin effektiv qurulması” mövzularında öz məruzələri ilə çıxış edəcəklər. “Bizimkilər” sessiyanın moderatoru ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Araz Yusubovdur.

- 5 dekabr - “İKT sahəsində qadınlar” sessiyası öz həyatını və karyerasını İT sektoru ilə bağlamış Azərbaycan qadınlarına həsr olunub və burada onlar İT sahəsində uğurlara necə nail olduqları barədə danışacaqlar. Sessiyanın məruzəçiləri: Pərvin Sadıqova – kibertəhlükəsizlik üzrə analitik, Onfido (London, Birləşmiş Krallıq); Ulduzə Xəlilova -  Elektron Hökumət və Rəqəmsal İnnovasiyalar Şöbəsinin rəhbərinin müavini, ASAN Xidmət; Səbinə Qurbanova – Rəqəmsal Laboratoriyanın Rəqəmsal Məhsullar üzrə rəhbəri, Paşa Bank; Natəvan Axundova, Maşın Öyrənmə Mühəndisi, ATL Tech şirkəti; Nazilə Həşimzadə, satış və marketinq şöbəsinin rəhbəri, Bakinity Distribution. “İKT sahəsində qadınlar” sessiyasının moderatoru “Elcore AG” şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə baş meneceri Sərxan Həşimovdur. Sessiyanın sponsoru qismində “Paşa Bank” çıxış edir.

    Sərgi qonaqları real vaxt rejimində məruzəçilərə suallarını verməklə müzakirələrin bir hissəsi olmaq üçün unikal bir fürsət əldə edəcəklər. Beləliklə, dinamik kommunikasiya zonası olaraq, “Bakutel TechTalks” növbəti dəfə yeni ideyalar, təcrübə mübadiləsi və ünsiyyətin görüş yerinə çevriləcəkdir.

SƏRGİDƏ İLK DƏFƏ! MÖHTƏŞƏM ROBOPARK!:

    Sərgi texnoloji oyunları sevən, robotlar dünyasını görmək istəyənləri heç vaxt diqqətdən kənarda qoymur. Beləliklə, Bakı Ekspo Mərkəzinin foyesində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə əsil Robopark yerləşir. Burada müxtəlif robotların ən yeni robot modelləri nümayiş olunacaq:

- İnsanların emosiyalarına cavab verən və mühiti tanıyan dünyanın ən inkişaf etmiş və inqilabi robotu - Pepper (Fransa)

- Robot balıqlar

- Dünyaca məşhur Robot Arm Kuka əsasında hazırlanan və dünyada yalnız 2 ədəd olan Robot rəssam (Almaniya)

- Hamının sevimlisi Robot pianoçu Teotronico (İtaliya)

- Hərbi kəşfiyyatçı robot Spider

- 6 metrlik uçan astronaft      

    Həmçinin müxtəlif sumo, güləş və dron yarışları, kosmo zona və sizi təəccübləndirəcək 20-dən çox interaktiv zona.

    İlk dəfə olaraq təşkilatçılar sərginin mobil tətbiqini təqdim edirlər. Tətbiq vasitəsilə sərgi haqda bütün ətraflı məlumatı smartfonda almaq, görüşlər təyin etmək, həmçinin QR kodunu skan etməklə, elektron poçt vasitəsi ilə sərgi iştirakçılarından elektron materiallar almaq mümkündür. Müasir tətbiq ən mühüm resurs - vaxtı əhəmiyyətli dərəcədə qənaət etməyə və birbaşa smartfonda rahat formatda məlumat almağa imkan yaradır.

TƏŞKİLATÇILAR VƏ RƏSMİ DƏSTƏK:

    Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ITU - Beynəlxalq Telekommunikasiya İttifaqı, Regional Rabitə Birliyi (RRB), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir. Sərginin baş sponsoru “Azercell” şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin “Mitto” şirkəti də çıxış edir.

    2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi yer alırlar.

    “Bakutel 2019” - daha böyük, texnoloji və parlaq!

    #Bakutel #BakutelTechTalks #CaspianEventOrganisers



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..


Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəs..