3-6 dekabr tarixlərində 25-ci Yubiley 'Bakutel' sərgisi keçiriləcək!

3-6 dekabr tarixlərində 25-ci Yubiley 'Bakutel' sərgisi keçiriləcək!

Texnologiya
28.11.2019 PAYLAŞIM

    "Bakutel” sərgisi 25 illik yubileyini yeni brend və formatda təntənəli şəkildə qeyd edir!

    25 ildir ki, İT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirir. Sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.


    25 İLLİK UĞUR:

- 3000 şirkət

- 50 ölkə

- 25 000 ziyarətçi

- Yaradılmış müəssisələr, vacib əlaqə və görüşlər

    Yubiley sərgidə 20 ölkədən, o cümlədən Azərbaycan, Çin, Finlandiya, İsveçrə, Ukrayna və digər ölkələrdən 200-dən çox şirkətin iştirakı gözlənilir. Ölkələrinin ticarət palataları və səfirliklərinin dəstəyi ilə ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə və Xorvatiya və digər ölkələrin aparıcı İT şirkətlərindən ibarət olan milli qruplar sərgidə iştirak edəcəklər.

   - Yüksək keyfiyyətli telekommunikasiya xidmətlərinin geniş çeşidini “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları təqdim edəcəklər.

   - Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Sərgi həm iş, həm də gündəlik həyat üçün ağıllı həllər təklif edir.

   - Sərgi iştirakçılarının, habelə təqdim olunan məhsul və xidmətlərin siyahısı ilə linkdən keçərək tanış olmaq mümkündür: https://bakutel.az/az-exhibitorslist/

    DÖVLƏT SEKTORUNDA İT HƏLLƏR:

    Bu il dövlət sektoru sərgidə geniş tərkibdə təmsil olunub. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendində nazirliyin tabeliyində olan bütün strukturlar – “Azərpoçt”, “Azərmarka”, “İnnovasiyalar Agentliyi”, “Aztelekom”, “Azintelekom”, “Bakı Telefon Rabitəsi”, “İnformasiya-hesablama mərkəzi” və s. strukturlar təqdim ediləcək.

    Bu il “Bakutel” sərgisinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi öz həll variantları ilə sərgiyə qatılıb. Həmçinin “ASAN” və onun “E-GOV” (Elektron hökumət) strukturu da tədbirdə iştirak edəcək. Sərginin ikinci zalında IoT (Əşyaların interneti) texnologiyaları təqdim edən şirkətlər yerləşəcəklər. “Bakutel” sərgisinin çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendi də təqdim olunacaq.

    “STARTAP AVENYU”:

    “Bakutel” sərgisi yeniliklərin nümayişi üçün ölkənin ən böyük qovşağıdır. Bu il sərgidə təxminən 50 startapı iştirak edəcək və müxtəlif fəaliyyət sahələri üçün öz layihələrini təqdim edəcəklər.

    Yüksək Texnologiyalar Parkının startapları, həmçinin istər Bakıdan, istərsə də ölkə regionlarından olan startapların da daxil olduğu, “İdeyadan biznesə” startap turlarının finalçılarının layihələri təqdim olunacaq. Həmçinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Bakcell” şirkətinin stendlərində “Barama” və “AppLab” inkubasiya mərkəzləri təqdim ediləcək.

    İŞGÜZAR PROQRAM:

    “Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda 3 dekabr tarixində müxtəlif maraqlı tədbirlər keçiriləcək.

    4 dekabr tarixidə “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.

    Həmin gün artıq ikinci dəfə “Bakutel” sərgisi çərçivəsində “Əşyalarin İnterneti: Müasir Cəmiyyətin Təməli” mövzusuna həsr olunmuş “Xəzər İnnovasiya Konfransı” keçiriləcək. Konfransda Əşyaların İnterneti üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu həllərinin tətbiqi və istifadəsi üçün hüquqi və tənzimləmə məsələləri müzakirə olunacaq.

    “BAKUTEL TECH TALKS”:

    Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək. “Bakutel Tech Talks” 3 sessiyadan ibarət olacaq:

- Dünyanın məşhur İT şirkətlərində çalışan həmvətənlərimizi bir araya gətirəcək “Bizimkilər” sessiyası.

- Öz həyatı və karyeralarını İT sektoru ilə bağlamış Azərbaycan qadınlarına həsr olunub “Women Tech Talks” sessiyası. Sessiyanın sponsoru qismində “Paşa Bank” çıxış edir.

- İşəgötürənlər və tələbələr arasında "canlı" ünsiyyət formatında İT əmək bazarında peşə, tələb və təklifin aktual problemləri müzakirə ediləcəyi “İT üzrə mütəxəssislərin formalaşmasında məktəb və universitetin rolu: çağırışlar və ehtiyaclar” sessiyası.

    Artıq ənənəyə çevrilmiş “B2B” formatlı görüşlər 5 dekabr tarixində keçiriləcək. Bu görüşlər sərgi iştirakçıları və şaquli bazarları təmsil edən şirkətlər arasında işgüzar əlaqələrin qurulması, eləcə də yeni tərəfdaş və innovativ həllərin axtarışı üçün əlavə platforma rolunu oynayacaq.

    İLK DƏFƏ MÖHTƏŞƏM ROBOPARK!

    Bakı Ekspo Mərkəzinin foyesində ən yeni robot modelləri nümayiş olunacaq:

- Las-Veqasdan Pepper humanoid robotu

- Robot balıqlar

- Dünyaca məşhur Robot rəssam

- Müxtəlif Sumo, Güləş və Dron yarışları

- Kosmos zonası

- 6 metrlik uçan astronaft            

- Sizi təəccübləndirəcək 20-dən çox interaktiv zona

- Və ən nəhayət hamının sevimlisi Robot pianoçu

    Robotları öz gözünüzlə görməyə tələsin!

    TƏŞKİLATLATÇILAR VƏ RƏSMİ DƏSTƏK

    “Bakutel 2019” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Sərginin baş sponsoru iyirmi ildən artıq tədbirin iştirakçısı olan “Azercell” şirkətidir. Sərginin sponsoru qismində İsveçrənin “Mitto” şirkəti də çıxış edir.

    “Bakutel 2019” - daha böyük, texnoloji və parlaq!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×