3 aya 7.5 milyon ədəd Mate 20 satışı: Huawei şirkəti rekord göstəriciləri açıqladı

3 aya 7.5 milyon ədəd Mate 20 satışı: Huawei şirkəti rekord göstəriciləri açıqladı

Texnologiya
24.01.2019 PAYLAŞIM

    5G şəbəkəsinə həsr edilmiş özəl konfransda Huawei şirkəti istehlak biznesinin və mobil şöbənin uğurları barəsində məlumatlar verib. Beləliklə şirkət təkcə 2018-ci ildə 206 milyon ədəd smartfon istehsal edib. Lakin bu, biznesin yeganə qürur mənbəyi deyil. Belə ki, şirkətin payı həmçinin 600$ qiymət göstəricili flaqman smartfon modelləri sahəsində də sürətlə artır. 2017-ci ildə bu artım 7% təşkil edirdi. 2018-ci ilin payız fəslində isə artım 12%-dək yüksəldi.


Bənzər xəbər


    25 ölkədə flaqman smartfon modellərinin satışlarının 10%-i məhz Huawei şirkətinin payına düşür. Şirkət təmsilçilərinin sözlərinə əsasən 3 ay ərzində şirkət 7.5 milyon ədəd Mate 20 smartfon modeli sata bilib. Bu göstərici isə Mate 10 smartfonunun satış göstəricilərindən daha yüksəkdir. Belə ki, şirkət 10 milyon ədəd Mate 10 smartfon modelini yalnız 9 aya sata bilmişdi. Bu günə kimi şirkət 17 milyon ədəd P20 flaqman smartfonu istehsal edib (Lite versiya nəzərə alınmır).


    Keçən il şirkətin Honor brendi diqqətəlayiq yüksəliş sərgiləyib. Belə ki, Çin bazarından kənarda sözügedən brend 170% yüksəliş sərgiləyib. Şirkətin planşet modellərinin satışları 14%, kompüter modellərinin satışları 335%, şirkətin daşınıla bilən cihazlarının satışları isə 120% yüksəlib. İstehlakçı məhsulları ilə məşğul olan Huawei Consumer BG biznes qrupunun keçən ilki ümumi mənfəəti 50 milyard dollar təşkil edib. 2017-ci ildə bu göstərici 36 milyard dollar idi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..

×