
300 metr hündürlükdən düşən iPhone X ilə nə baş verər (VİDEO)
Elm & Texnologiya
09.11.2017
Emil
UnlockRover servisinin əməkdaşları yenicə satışa çıxmış iPhone X-in dözümlülüyünü yoxlamaq üçün sərt test keçirdib.
Belə ki, onlar smartfonu 305 metr
hündürlükdən yerə atıblar. Qeyd etmək lazımdır ki, adi dözümlülük testlərində
smartfon özünü yaxşı göstərmişdi. Lakin bu cür hündürlükdən iPhone X düşərsə nə
baş verər? İlk baxışdan düşünmək olar ki, bu cür testdən sonra iPhone X-in hissələrini
yerdən yığmaq lazım gələcəkdi. Lakin test nəticəsi sözügedən servisin əməkdaşlarını
heyrətləndirib. Test zamanı əməkdaşlar iPhone X-i dron vasitəsilə 305 metr
hündürlüyə qaldırıblar və onu buraxıblar.
Nəticədə smartfon beton səthə
çırpılıb. Təəccüblü səslənsə də bu cür hündürlükdən düşməsinə baxmayaraq
smartfon videoçəkiliş etməyə davam edirdi və onun ekranı salamat qalmışdı.
Bundan əlavə olaraq smartfon tamamilə işlək vəziyyətdə idi. Görünür xüsusi
poladdan hazırlanmış çərçivə sayəsində smartfon bu testdən keçə bilib. Təbii
ki, mənfi olan nəticəsiz də keçinməyib. Belə ki, smartfonun arxa qapağı tamamilə
sınmış vəziyyətdə idi və onun altında cihazın daxili detalları görünürdü.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
