
36 saatlıq kod marafonu 'Barama Hackathon 2018' başladı
Elm & Texnologiya
05.05.2018
Farid
Bütün dünyada proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi -nin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5 -ci dəfə baş tutur.
Səhər saatlarından etibarən 14 komandanın qoşulduğu yarışda proqramçılara verilən əsas tapşırıq 36 saat ərzində Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır.
Yarışda iştirak edən komandaların siyahısı aşağıdakı kimidir:
- AziiCoders
- Appex
- Saf Uşaqlar
- Bits and Bytes
- init1
- PixelSoft
- Dev Adamlar
- Web's dragons
- Byte Floyds
- Brogrammers
- AĞ4N4T1Q
- Reactive Team
- Seniors
- Crocusoft
Qeyd edək ki, yarış Azercell və PAŞA Bank -ın dəstəyi ilə həyata keçirilir. Bütün yarış iştirakçılarının tibbi sığortası 36 ərzində PAŞA Sığorta tərəfindən sığortalanıb. Əlavə olaraq yarış müddəti ərzində iştirakçıların qida təminatını Özsüt restoranlar şəbəkəsi tərəfindən təmin edilir.
36 saatın sonunda qalib komanda üçün daha bir xoş xəbər ondan ibarət olacaq ki, əgər hazırlanan məhsul Azercell tərəfindən təsdiqlənsə, həmin məhsul üzərindən xidmət göstərilməsi üçün komanda Azercell ilə 5000 AZN dəyərində müqavilə bağlayacaq. Yarışda 2 -ci və 3 -cü yerin sahibləri olan komandalar isə Azercell və PAŞA Bank tərəfindən dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
