Logo
    main-post-cover

    382 milyon yüklənmə: Google Play-də 24 təhlükəli tətbiq aşkar edilib

    Elm & Texnologiya
    05.02.2020
    Emil
        Eset şirkətinin mütəxəssisləri qeyd ediblər ki, mobil virusların 99%-i Android cihazlar üçün nəzərdə tutulub. Şirkətin sonuncu hesabatı da bunu təsdiqləyib. Belə ki, sonuncu hesabata əsasən Google Play online mağazasında potensial təhlükə mənbəyi kimi çıxış edən 24 tətbiq var və onlar milyonlarla yüklənməyə sahibdirlər. Bu barədə Gizchina saytı xəbər verib. Zərərli tətbiqlərin siyahısı müxtəlifdir. Onların arasında oyun, brauzer, təqvim, launcher, fayl meneceri, hava proqnozu, antivirus, VPN servis və s. tətbiqlər var. Bütün tətbiqlər 6 müxtəlif tərtibatçı tərəfindən hazırlanaraq təqdim edilib.
        Lakin araşdırmalara əsasən sonuncu tətbiq növləri Çinin Shenzhen HAWK adlı şirkəti ilə əlaqəlidir. Mütəxəssisləri narahat edən məqam ondan ibarətdir ki, sözügedən tətbiqlər istifadəçidən bir çox məlumatların əldə edilməsi icazəsini tələb edirlər. Həmin məlumatların isə tətbiqlərin fəaliyyətinə heç bir aidiyyatları yoxdur. Məsələn tətbiqlərdən 6-sı istifadəçi smartfonuna keçid icazəsini istəyir. Bu halda həmin tətbiqlər istifadəçinin də xəbəri olmadan mesajlar göndərə və zənglər edə bilərlər.
        Tətbiqlərdən 15-i GPS məlumatların əldə edilməsi icazəsini tələb edir. Bu halda tətbiqlər istifadəçilərin yerləşdikləri yerləri və smartfondakı məlumatları təyin edə bilərlər. Bununla siyahı bitmir. Bu cür tətbiqlərdən bəziləri ümumiyyətlə smartfon üzərində idarəni tamamilə ələ keçirdir. Bu halda onlar smartfonlardakı məlumatları kənar serverlərə ötürə bilirlər. Beləliklə nəticədə həmin tətbiqlər istifadəçinin getdiyi yerləri təyin edərək onlara aktual reklam elanlarını göstərə bilərlər. Google artıq bu məsələyə reaksiya verərək bir çox tətbiqi Google Play-dən silib. Lakin həmin tətbiqlər hələ də kənar resurslar vastəsilə yayılaraq istifadəçilərin cihazlarında çalışa bilərlər. 
    Paylaş
    Bənzər xəbərlər