4 kameralı Huawei Mate 20 Lite smartfonu təqdim olundu

4 kameralı Huawei Mate 20 Lite smartfonu təqdim olundu

Texnologiya
01.09.2018 PAYLAŞIM

    Huawei şirkəti İngiltərədə Mate 20 Lite smartfonunu təqdim etdi. Qeyd etmək lazımdır ki, sözügedən smartfon Mate 20 flaqman modelinin sadələşdirilmiş versiyasıdır. Mate 20 ilə Mate 20 Pro flaqman modelləri isə bu ayın ortasında təqdim olunacaqlar. Xarici görünüşcə Mate 20 Lite modeli keçən ilki Mate 10 Lite-dan fərqlənir. Smartfonlar həmçinin texniki özəlliklərə görə də fərqlənirlər. Yeni model nazik çərçivələrə sahib ekran, yeni prosessor, ikili arxa kamera və böyük həcmli batareya ilə təchiz olunub.

    Beləliklə Mate 20 Lite 19.5:9 nisbətli 6.3 inç Full HD+ keyfiyyətli LTPS ekrana sahibdir. Ekranın yuxarı hissəsində yeni trend ənənəsinə uyğun olaraq çıxıntı hissə var. Həmin çıxıntı hissədə isə danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər, ön kameralar və müxtəlif sensorlar yerləşdirilib. Smartfonun arxa paneli isə şüşədən hazırlanıb və ikili arxa kamera ilə barmaq izi skanı texnologiyasına sahibdir.

Bənzər xəbər



    Əsas texniki gösətiricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 710 prosessoru, Mali-G51 MP4 qrafik prosessor, 4 GB RAM, 64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), 20 MP (f/1.8 diafraqmalı) + 2 MP ikili arxa kamera, 24 MP (f/2.0 diafraqmalı) + 2 MP ikili ön kamera və Super Fast Charger sürətli enerji yığma texnologiyalı 3750 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Mate 20 Lite modelinin prosessoru həmçinin ayrıca süni zəka blokuna da sahibdir. Süni zəka texnologiyası gün ərzində smartfonun EMUI 8.2 interfeysində yaxşı keyfiyyətli fotoların əldə olunması üçün çalışır. Smartfon Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə Huawei Mate 20 Lite smartfonu bu ilin Oktyabr ayında 490$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×