
İnternetdə hələ anonsu olmamış Nokia 9 smartfonunun yeni reklam render fotosu yayılıb. Məlumata əsasən yeni model Nokia 808 və Nokia Lumia 1020 modellərinin davamçısı olacaq. Buna görə də o, üçlü ara kameraya sahib olacaq. Beləliklə ortaya çıxmış yeni fotoya əsasən Nokia 9 Zeis markalı 41 MP-lik üçlü arxa kamera ilə təchiz olunacaq. Kamera optik stabilizasiyanı, dördqat optik zoom-u və arxa fonun bulanıq düşməsi effektini dətəkləyəcək. Arxa paneldə barmaq izi skanı yoxdur.
Android N ilə gələ biləcək xüsusiyyətlər!
Bu isə o deməkdir
ki, o ya smartfonun kənarında yerləşəcək yada smartfon ekranına inteqrasiya
olunacaq. Arxa panelin özü isə keramikadan hazırlanacaq. Məlumatlara əsasən Nokia
9 18:9 nisbətli 6.01 inç QHD AMOLED ekran, Snapdragon 845 prosessoru, 8 GB RAM,
256 GB daxili yaddaş və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Həmçinin
smartfon USB Type-C girişinə və Android əməliyyat sisteminin ən son versiyasına
sahib olacaq. Smartfonun qiyməti və satışa çıxması barəsində məlumat olmasa da,
gözləntiyə əsasən o bu ilin sonunda təqdim olunacaq.
Şərh yoxdur