
48 MP'lik kameraya sahib yeni Xiaomi Redmi'nin poster fotosu ortaya çıxdı
Elm & Texnologiya
08.01.2019
Emil
Çinin Weibo adlı sosial şəbəkəsində yeni Xiaomi Redmi smartfon modelinin poster fotosu ortaya çıxıb. Ortaya çıxmış poster fotodan belə qənaətə gəlmək olar ki, yeni smartfon şüşə materialdan hazırlanmış gövdəyə və V şəkilli çıxıntı hissəli genişformatlı ekrana sahib olacaq. Smartfonun arxa panelində isə 48 MP-lik ikili kamera yerləşəcək. Çox güman ki, bu, Sony IMX586 markalı kamera moduludur.
Bu kamera modulu həmçinin Honor V20 smartfon modelində də var. Təəssüflər olsun ki, poster fotoda hansı smartfon modelinin əks olunduğunu söyləmək çətindir. Məlumata əsasən bu, Redmi Note 7 modeli ola bilər. Qeyd etmək lazımdır ki, 10 yanvar tarixində Xiaomi şirkəti öz yeni smartfon modelini təqdim etməlidir. Bəlkə də həmin gün təqdim olunacaq smartfon məhz poster fotosundakı smartfon ola bilər.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
