
5 arxa kameralı Nokia 9 PureView modelinin yeni render fotoları yayıldı
Elm & Texnologiya
06.11.2018
Emil
OnLeaks adlı məşhur insayder Nokia 9 PureView flaqman smartfonunun yeni keyfiyyətli render fotolarını paylaşıb. Fotolardan da görmək olar ki, smartfon metal çərçivəli şüşə gövdədən ibarət olacaq. Mobil cihazlar bazarında hal hazırki trenddən fərqli olaraq Nokia 9 PureView modelinin ekranında çıxıntı hissə olmayacaq. Smartfonun arxa panelində isə LED işıqlandırma sistemi və 5 kamera modulu olacaq. Aşağı hissədə şarj prosesi üçün nəzərdə tutulmuş USB-C girişi var.

Çox güman ki, Nokia 9 PureView ənənəvi 3.5 mm-lik audiogirişdən məhrum olacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun kod adı Olympic-dir və HMD Global şirkəti smartfonun artıq Çin versiyasını test edir. Bir sıra məlumatlara əsasən Nokia 9 PureView 5.9 inç QHD keyfiyyətli OLED ekran, Snapdragon 855 prosessoru, 8 G RAM, 128 GB daxili yaddaş və 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı yeni smartfonda barmaq izi skanı texnologiyasının ekrana inteqrasiya olunacağı güman olunur. Nokia 9 PureView gələn ilin əvvəlində təqdim olunacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
