5 arxa kameralı Nokia 9 PureView smartfonunun real fotoları ortaya çıxıb

5 arxa kameralı Nokia 9 PureView smartfonunun real fotoları ortaya çıxıb

Texnologiya
09.02.2019 PAYLAŞIM

    Rəsmi press-render fotolardan sonra internetdə təqdimata hazırlaşan 5 arxa kameralı Nokia 9 PureView smartfonunun real fotoları da ortaya çıxdı. Qeyd etmək lazımdır ki, smartfon haqqında demək olar ki, hər şey məlumdur. Bu barədə Gizmochina saytı xəbər verib. Onun əsas fərqləndirici özəlliyi isə 5 arxa kamera moduluna sahib olmasıdır. Əvvəlcədən də güman edildiyi kimi Nokia 9 PureView smartfonu 18:9 nisbətli QHD+ keyfiyyətli 6 düym AMOLED ekrana sahib olacaq və ekranın özü HDR 10-nu dəstəkləyəcək.


Bənzər xəbər


    Ekran üzərində heç bir çıxıntı hissə olmayacaq və o hər tərəfdən qalın olmayan çərçivələr ilə əhatə olunacaq. Bundan əlavə olaraq Nokia modelləri arasında ilk dəfə olaraq məhz Nokia 9 PureView smartfonu ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Smartfonda əsas marağı cəlb edən məhz arxa paneldir. Belə ki, arxa paneldə Zeiss markalı 5 kamera modulu, işıqlandırma sistemi və lazer avtofokusu var.


    Arxa kamera modullarının özəllikləri barəsində məlumat yoxdur. Lakin 5 kamera sensoru qəliz mühitlərdə çəkiliş zamanı daha çox işığın əldə olunmasına imkan verəcək. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon çox güman ki, təmiz Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq və Android Q-ə kimi yenilənəcək. Nokia 9 PureView smartfonu Nokia 6.2 modeli ilə birlikdə MWC 2019 sərgisində təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..

×