5 ədəd arxa kameraya sahib gizli Nokia modelinin batareya həcmi məlum oldu

5 ədəd arxa kameraya sahib gizli Nokia modelinin batareya həcmi məlum oldu

Texnologiya
13.09.2018 PAYLAŞIM

    Biz artıq bilirik ki, HMD Global şirkəti TA-1094 kod adına və 5 arxa kameraya sahib yeni Nokia modeli üzərində çalışır. Baxmayaraq ki, sözügedən smartfon modelinin rəsmi adı hələ məlum deyil, məntiqlə fikirləşəndə güman etmək olar ki, söhbət, Nokia 9-dan gedir. Bugün isə internetdə yeni gizli Nokia modelinin batareya həcmi barəsində məlumat verən yeni foto yayılıb. Yayılmış yeni fotoda smartfonun arxa paneli və həmin paneldə olan 5 ədəd ZEISS markalı kamera əks olunub. Smartfonun ön paneli hələ təqdim olunmayıb.


Bənzər xəbər


    Bundan əlavə olaraq arxa paneldə barmaq izi skanı texnologiyası yoxdur. Bundan belə bir nəticəyə gəlmək olar ki, barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya olunacaq. Yayılmış yeni fotoda qeyd olunub ki, yeni Nokia modeli 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu məlumatdan isə nəticə çıxartmaq olar ki, sözügedən model böyük ölçüdə olacaq. Bir sıra məlumatlara əsasən 5 arxa kameraya sahib yeni Nokia modeli 5.9 inç Quad HD keyfiyyətli OLED ekran, Snapdragon 845 prosessoru və 64/128 GB daxili yaddaş ilə təchiz olunacaq. Bununla yanaşı bir neçə müddət bundan əvvəl sızdırılmış məlumatda qeyd olunmuşdu ki, bu smartfon bir və iki SIM kart girişi dəstəkli olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..

×