5 günlük missiyadan sonra SpaceX'in Crew Dragon kosmik gəmisi Yer kürəsinə qayıtdı (VİDEO)

5 günlük missiyadan sonra SpaceX'in Crew Dragon kosmik gəmisi Yer kürəsinə qayıtdı (VİDEO)

Texnologiya
09.03.2019 PAYLAŞIM

    SpaceX şirkətinin Crew Dragon adlı kosmik gəmisi BKS-də (Beynəlxalq Kosmik Stansiya) qaldığı 5 gün sonrası uğurlu şəkildə Yer kürəsinə qayıtdı. Bu, SpaceX şirkətinin sərnişin kosmik gəmisinin ilk test uçuşu idi. Test uçuşu zamanı Crew Dragon-un daxilində Ripley adlı maneken də var idi. Kosmik gəmi BKS-də 5 gün qalandan sonra uğurlu şəkildə Atlantik okeanına eniş edib. Bu barədə Vc.ru saytı xəbər verib. Daxilində maneken və BKS heyəti üçün olan 180 kq-lıq yük ilə birlikdə kosmik gəmi 2 mart tarixində kosmosa göndərilmişdi.


Bənzər xəbər


    3 mart tarixində isə kosmik gəmi avtomatik şəkildə BKS-ə birləşdirildi. 8 mart tarixində Crew Dragon Yer kürəsinə qayıtdı. NASA Commercial Crew Dragon proqramı çərçivəsində Crew Dragon və digər kommersiya məqsədli aerokosmik şirkətlərin kosmik gəmilərindən BKS-ə astronavtların çatdırılması üçün istifadə etməlidir. İndiyənə kimi astronavtların BKS-ə çatdırılması üçün NASA Rusiya istehsalı raketlərdən istifadə edirdi. Qeyd etmək lazımdır ki, Crew Dragon-un daxilinə 4-7 nəfər astronavt yerləşə bilər və o, BKS-ə bitişik vəziyyətdə 200 gün qala bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Starlink peyk internetinin sürəti genişzolaqlı şəbəkənin sürətinə çatıb..

Peyk interneti çox zaman kəndlərdə yaşayan insanlar üçün şəbəkəyə çıxışın yeganə variantıdır...


Yeni smartfonlarda niyə qulaqlıq girişi yoxdur?

Smartfon istehsalı hər 3-4 ildə bir inqilabi dəyişiklik keçirir. Son illərdə baş verən ən böyük dəyi..


Elon Musk Super Heavy raketinin Raptor mühərriklərini sərgiləyib

Elon Musk SpaceX şirkətinin çoxistifadəli Super Heavy ağır raketinin Raptor mühərriklərini sərgiləyi..


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..

×