main-post-cover

    5 kameralı ilk smartfon: LG V40 ThinQ nə zaman satışa çıxacaq və hansı qiymətə satılacaq?

    Elm & Texnologiya
    07.07.2018
    Farid Pardashunas
        LG şirkəti LG V30 modelinin davamçısı LG V40 ThinQ smartfonu üzərində çalışır. Sözügedən smartfon barədə hələ təsdiqlənmiş bir məlumat olmasa da Phonearena saytı onun təqribi təqdimat, çıxış tarixlərini və qiyməti barəsində proqnoz verməyə çalışıb. LG V10, V20 və V30 smartfon modellərinin təqdimat tarixlərini nəzərə alanda V40 ThinQ modelinin də təqdimat tarixini proqnozlaşdırmaq heç də çətin deyil. Çox güman ki, bu smartfon 31 Avqust tarixindən 5 Sentyabr tarixinədək Berlində keçiriləcək IFA 2018 tədbirində təqdim olunacaq.

        Satışlara isə 21 Sentyabr tarixindən start verilməlidir. V40 ThinQ modelinin gözlənilən qiymət göstəricisi 899$-dır. LG V35 ThinQ modeli də bu qiymətə satılırdı. LG V30 isə 799$ qiymətinə satılırdı. Son yayılmış məlumatlara əsasən LG V40 ThinQ modeli şirkətin ilk 5 kameraya sahib smartfon modeli olacaq. Üçlü arxa kamera və ikili ön kamera. Həmçinin gözləntilərə əsasən smartfon, üzərində çıxıntı hissəsi olacaq OLED ekran, Snapdragon 845 prosessoru, 6 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz olunacaq. Smartfonun adında ThinQ sözünün olması isə o deməkdir ki, cihaz həmdə süni zəka texnologiyasına sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər