
5 kameralı ilk smartfon: LG V40 ThinQ nə zaman satışa çıxacaq və hansı qiymətə satılacaq?
Elm & Texnologiya
07.07.2018
Emil
LG şirkəti LG V30 modelinin
davamçısı LG V40 ThinQ smartfonu üzərində çalışır. Sözügedən smartfon barədə hələ
təsdiqlənmiş bir məlumat olmasa da Phonearena saytı onun təqribi təqdimat,
çıxış tarixlərini və qiyməti barəsində proqnoz verməyə çalışıb. LG V10, V20 və
V30 smartfon modellərinin təqdimat tarixlərini nəzərə alanda V40 ThinQ
modelinin də təqdimat tarixini proqnozlaşdırmaq heç də çətin deyil. Çox güman
ki, bu smartfon 31 Avqust tarixindən 5 Sentyabr tarixinədək Berlində keçiriləcək
IFA 2018 tədbirində təqdim olunacaq.

Satışlara isə 21 Sentyabr tarixindən
start verilməlidir. V40 ThinQ modelinin gözlənilən qiymət göstəricisi 899$-dır.
LG V35 ThinQ modeli də bu qiymətə satılırdı. LG V30 isə 799$ qiymətinə
satılırdı. Son yayılmış məlumatlara əsasən LG V40 ThinQ modeli şirkətin ilk 5
kameraya sahib smartfon modeli olacaq. Üçlü arxa kamera və ikili ön kamera. Həmçinin
gözləntilərə əsasən smartfon, üzərində çıxıntı hissəsi olacaq OLED ekran,
Snapdragon 845 prosessoru, 6 GB RAM və 128 GB daxili yaddaş ilə təchiz
olunacaq. Smartfonun adında ThinQ sözünün olması isə o deməkdir ki, cihaz həmdə
süni zəka texnologiyasına sahib olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
