5 kameralı LG V40 ThinQ smartfonu və LG Watch W7 smart saatı təqdim olundu

5 kameralı LG V40 ThinQ smartfonu və LG Watch W7 smart saatı təqdim olundu

Texnologiya
04.10.2018 PAYLAŞIM

    LG şirkəti sonunda bu ilin ikinci flaqman modeli olan LG V40 ThinQ modelini təqdim etdi. Smartfonun əsas özəlliyi onun 5 kameraya sahib olmasıdır. Belə ki, LG V40 ThinQ arxa paneldən 3 kameraya, ön paneldən isə 2 kameraya sahibdir. Bununla yanaşı smartfon unikal çəkiliş özəlliklərinə və flaqman texniki göstəricilərə sahibdir. Xarici görünüşcə yeni smartfon bu ilin əvvəlində təqdim olunmuş G7 ThinQ modelindən o qədər də fərqlənmir. Smartfonun ekranı həmişəki kimi çıxıntı hissəyə sahibdir, cihazın alt hissəsi isə böyük çərçivə ilə əhatə olunub. Lakin G7 ThinQ modeli IPS ekranla təchiz olunurdusa, V40 ThinQ 6.4 inç OLED ekranla təchiz olunub. Smartfonun arxa paneli şüşədən hazırlanıb.


Bənzər xəbər


    Texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6 GB RAM, 64 GB daxili yaddaş və 3300 mAh enerji tutumlu batareya (naqilsiz şarj texnologiyalı) ilə təchiz olunub. Əvvəlki modellərdə olduğu kimi LG V40 ThinQ də özündə 3.5 mm-lik audiogirişi qoruyub saxlayıb. Barmaq izi skanı texnologiyası isə arxa panelin mərkəzində yerləşir. Kameralara gəldikdə smartfon arxa paneldən standart fotoların çəkilməsi üçün f/1.5 diafraqmalı 12 MP-lik, genişbucaqlı fotoların çəkilməsi üçün f/1.9 diafraqmalı 16 MP-lik və üçqat optik zoom ilə fotoların çəkilməsi üçün f/2.4 diafraqmalı 12 MP-lik kameralara sahibdir.


    Kameralar HDR və saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində videoların çəkilməsini dəstəkləyirlər. Bununla yanaşı smartfon Triple Shot funksiyasına da sahibdir. Həmin funksiya sayəsində çəkiliş zamanı hər 3 kamera işə düşür. Ön paneldən smartfon 8 MP + 5 MP ikili kamera ilə təchiz olunub. ABŞ-da smartfon 900$ qiymətində satışa çıxacaq. Bu cür qiymətə smartfon komplektinə həmçinin DJI Osmo Mobile 2 adlı professional ştativ və 256 GB-lıq microSD kart daxildir. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır və 18 Oktyabr tarixində ABŞ-da satışa çıxacaq.


    Flaqman smartfondan əlavə olaraq şirkət həmçinin Watch W7 smart saatını da təqdim etdi. Smart saat adi saat əqrəbləri və saat əqrəblərinin alt hissəsində 1.2 inç maye kristallik ekranla təchiz olunub. Texniki göstəricilər baxımdan saat Snapdragon Wear 2100 prosessoru, 768 MB RAM, 4 GB daxili yaddaş və 240 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu cür batareya həcmi ilə smart saat rahatlıqla 2 gün çalışa bilir. Həmçinin smart saat enerji sərfiyyatının qənaəti üçün Watch Only adlı funksiyaya sahibdir. Bu funksiya saatın smart özəlliklərini deaktiv edir. Beləliklə bu funksiya sayəsində smart saat bir dəfə şarj olunandan sonra 100 gün çalışa bilir. İstifadəçi əldə olunmuş mesajları saatda oxumaq istəsə, saat əqrəbləri xüsusi rejimə keçərək istifadəçiyə mane olmurlar. Bu rejim ayrıca düymə ilə işə düşür. LG Watch W7 14 Oktyabr tarixində 449$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×