Logo
    main-post-cover

    5 milyardçının böyük maliyyə uğursuzluğu

    Elm & Texnologiya
    17.12.2017
    Emil
    Əgər siz düşünürsünüz ki, dünyanın ən varlı şəxsləri maliyyə məsələlərini yaxşı anlayırlar, onda siz səhv edirsiniz. Milyardçılar həmişə səhv edirlər və bunu etiraf edirlər. Onlardan bəziləri bildirirlər ki, etdikləri maliyyə səhvlərindən yaxşı dərs çıxardıblar.
    Bill Gates: “Apple” şirkətinə yardım:
    1997-ci ildə Apple şirkəti tənəzzülün astanasında olduğu bir vaxtda Microsoft şirkəti öz rəqibinə 150 milyon dollar investisiya yatırdı və şirkətin bütün kompüterlərini özünün hazırladığı proqram təminatı ilə təchiz etməyə razılaşdı. Həmin vaxtda bu, Bill Gates tərəfindən edilmiş strateji bir qərar idi. Belə ki, o, dövlətin “Microsoft” şirkətini monopoliyada ittiham etməsini qəbul edə bilmirdi.
    İndi isə Bill Gates-in bu qərarını ən ciddi səhvlərdən biri hesab edirlər. Steve Jobs nəinki şirkəti yenidən ayağa qaldırdı, həmdə bir sıra sahələr üzrə “Microsoft”u geridə qoydu. İndi isə “Apple” 2017-ci ilin ən bahalı şirkəti hesab olunur. Maraqlısı ondadır ki, 1997-ci ildə Bill Gates-in 150 milyonluq investisiyası olmasaydı “Apple” şirkətinin aqibəti necə olacaqdı?
    Jeff Bezos: Boş yerə xərclənmiş milyardlarla dollarlar:
    Amazon şirkətinin CEO-su Jeff Bezos üçün bu il uğurlu oldu. Belə ki, məhz bu il o, Bill Gates-i geridə qoyaraq dünyanın ən varlı şəxsinə çevrildi. Lakin Bezos-un özü etiraf edib ki, onun təcrübələrə olan marağı nəticəsində “Amazon” şirkəti külli miqdarda pullar itirib. “Həmin uğursuzluqlar haqqında düşüncələr belə mənə elə bir ağrı verir ki, sanki mənim dişimin sinirini keyləşdiricisiz çıxardırlar” – deyə Bezos öz müsahibələrindən birində qeyd etmişdi. Kindle elektron kitabı və Echo ağıllı səsgücləndiricisi kimi riskli layihələr nəticə etibarilə özlərini doğrultdular. Lakin Fire Phone kimi layihə şirkətə 170 milyon dollarlıq vəsait itkisinə başa gəldi.
    Oprah Winfrey: Ən iddialı layihənin işə salınması:
    Uzun illər ərzində Oprah ABŞ televiziyasında ən məşhur verilişlərdən birinin aparıcısı kimi çalışırdı. Həmin veriliş bitəndən sonra Oprah sakitcə kənara çəkilib həyatdan həzz ala bilərdi. Lakin o tamamilə əksini etdi. Belə ki, 2011-ci ildə Oprah özünün OWN adlı televiziya kanalını yaratmağı qərara aldı. Bu layihənin problemləri hələ ilkin mərhələlərdə yaranırdı. Daha sonradan Oprah etiraf edib ki, əgər bütün bunların nə dərəcədə çətin olduğunu öncədən bilsəydi, başqa yolla gedərdi. Nəticədə bu layihə 330 milyon dollarlıq itkiyə başa gəldi və Oprah uzun müddət stress keçirtdi.
    Warren Buffett: 200 milyard dollarlıq səhv:
    Warren Buffett uğurlu layihələr taparaq onlara pul yatırmaq bacarığı ilə məşhurdur. Lakin öz karyerasının əvvəllərində bəzən Buffett tələsik qərarlar verərək külli miqdarda pul vəsaitləri itirirdi. 1960-cı ildə Buffett “Berkshire Hathaway” şirkətinin (həmin vaxtda toxuculuq şirkəti) səhmlərini almışdı. Daha sonra bir qədər pul qazanmaq üçün o, həmin səhmləri yenidən şirkətin özünə satdı.
    Şirkətin CEO-su öncədən planlaşdırılmış vəsaitin 1/8 hissəsini Buffett-ə verməkdən imtina etdikdən sonra Buffett həmin CEO-nu küncə sıxışdırmaq üçün səhmlərin nəzarət paketini alaraq acığını çıxmaq istədi. Lakin bu heç də ağıllı bir qərar deyil idi. Nəticədə Buffett özünü heç də sərfəli olmayan toxuculuq biznesinə çəkdi. İndi isə investor etiraf edir ki, həmin vaxtda ən yaxşı variant kimi həmin vəsaitləri başqa bir sahəyə yatırmaq idi. O öz səhvini “200 milyard dollarlıq səhv” adlandırır.
    Richard Branson və onun məşhur səhvləri:
    Səhv etmək hər bir uğurlu sahibkarın DNT-də var. Mən də istisna deyiləm” – deyə “Virgin Group şirkətinin təsisçisi Richard Branson bildirib. Onun uğursuzluqları arasında gəlinlər üçün Virgin Brides adlı geyimlər və Virgin Cola adlı içki var. Vaxtı ikən Coca-Cola-nın bu rəqib içkisinin bazardakı payı 0.5% təşkil edirdi. Nəticədə ideya tamamilə öldü.
    Mənbə: www.Time.com
    Paylaş
    Bənzər xəbərlər