Logo
    main-post-cover

    5 saat ərzində suda və buzda dözümlülük sərgiləyən NOMU S10 Pro adlı smartfon (VİDEO)

    Elm & Texnologiya
    06.11.2017
    Emil
    iPhone modeli mobil telefon bazarının ən yaxşı cihazı hesab edilə bilər, lakin bugün biz su keçirtməyən NOMU S10 Pro adlı smartfondan danışacağıq.
    Bir neçə müddət bundan öncə bu smartfonun istehsalçısı maraqlı bir test keçirtmişdir. Test əsnasında sözügedən smartfonun suya qarşı davamlılığı yoxlanılırdı. Beləliklə testdə iki ədəd NOMU S10 Pro smartfonu iştirak edib. Qabların birinə qoyulmuş ilk smartfonun üzərinə adi su, digər qaba qoyulmuş ikinci smartfonun üzərinə isə Coca-Cola içkisi tökülüb. Bundan sonra hər iki qabı da buzxanaya yerləşdiriblər. 5 saatlıq gözləntidən sonra hər iki smartfon buzdan çıxarılıb. Nəticədə bu cür testdən sonra məlum olub ki, onlar əvvəlki kimi əla vəziyyətdə çalışırlar.

    Bu smartfonun texniki göstəricilərinə gəldikdə isə o, 5 inç-lik HD ekran (Corning Gorilla Glass 3 qoruyucu şüşəli), 1.5 GHz tezlikli 64-bitlik 4 nüvəli MT6737T prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, sürətli enerji yığma funksiyalı 5000 mAh enerji tutumlu batareya, 8 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Bununla yanaşı o, IP69 standartına uyğun olaraq sudan və tozdan qorunur və həmçinin MIL-STD-810G hərbi qoruma standartına da sahibdir. NOMU S10 Pro Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon 140$ civarında satılır.

    Paylaş
    Bənzər xəbərlər