
50 Cent özü də bilmədən bitcoin milyoneri olub
Elm & Texnologiya
24.01.2018
Emil
Amerikalı reper 50 Cent öz sonuncu albomunu kriptovalyuta qarşılığında sataraq 7 milyon dollar qazanıb.
Öz Instagram səhifəsində reper
qeyd edib ki, ümumiyyətlə öz bitcoinləri barəsində unudub. Reper 2014-cü ildə
öz Animal Ambition adlı albomunu kriptovalyuta qarşılığında satmışdı. Həmin
vaxtda 50 Cent 400.000$ qazanmışdı. Belə ki, bitcoinin qiyməti 662$ təşkil
edirdi. Öz albomunu satdıqdan sonra reper sadəcə olaraq əldə etdiyi bitcoinləri
dollara çevirməyi unutmuşdu. Lakin sonradan ona məlum oldu ki, əslində o, 7
milyon dollar dəyərində vəsaitin sahibidir. Bitocinlə bağlı məlumatı reper öz Instagram
hesabında təsdiq edib. Belə ki, o öz Instagram hesabında kriptovalyuta ilə
bağlı məqalənin screenshotunu paylaşıb və qeyd edib ki, sadəcə olaraq bitcoinlərə
sahib olduğunu unudub. Lakin hal-hazırda o özü ilə qürur duyur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
