50 il əvvəl batmaq üçün hazırlanan gəmi RV FLİP!

50 il əvvəl batmaq üçün hazırlanan gəmi RV FLİP!

Texnologiya
15.04.2018 PAYLAŞIM

    Bildiyimiz kimi gəmilər su üzərində səyahət etmək, yükləri və sərnişinləri etibarlı formada daşınmaq üçün istifadə edilir. Lakin, Amerika donanması tərəfindən 50 il əvvəl istehsal edilən “RV FLIP” gəmisi çox maraqlı bir xüsusiyyətə malikdir. Bu gəmi elmi tətqiqatların aparılması məqsədiylə batması üçün hazırlanmışdır.

    Tərs Gəmi adı ilə də bilinən bu gəmi 1962-ci ildə “Amerika Donanma Ofisi” tərəfindən dəstəklənən və “Scripps Dəniz Elmi İnstitutunun Marine Physical Laboratoriyas”ı tərəfindən inşa edilən okean gəmisidir. 108 metr uzunluğundakı gəmi qismən batması və 90 dərəcə geriyə doğru meyl etməsi ilə normal gəmilərdən fərqlənir. Gəmi batırıldığında yalnız 17 metrlik arxa hissəsi suyun üzərində dayanır. Gəmi fırlandığı zaman üzmə qabiliyyətinin çox hissəsi səth dalğalarının təsiri ilə deyil, okeanın dərinliyindəki su axını hesabına təmin edilir. Gəmi dalğa yüksəkliyini, akustik siqnalları, suyun istiliyini, sıxlığını yoxlamaq və meteoroloji məlumatlar toplamaq məqsədi ilə hazırlanmışdır. Səslə əlaqədar cihazların problem yaratmaq riski olduğundan gəminin mühərriki və digər hərəkətverici qüvvələri ixtisar edilmişdir. Bu səbəblə açıq dənizlərə römorkörler köməyi ilə aparılır və sonra açıq dənizdə sərbəst buraxılır. 711 ton ağırlığındakı gəmi 11 elm adamı və 5 nəfərlik gəmi ekipajına ev sahibliyi edir. Elm adamları bir vaxtlar açıq dənizlərdə həftələrlə elmi tətqiqatlar aparırdılar. Gəmidəki kameralarda 2 qapı var və kameraların içindəki mebellər, yataqlar, mətbəx, hətta tualet belə 90 dərəcə istiqamət dəyişdirə bilir. Bunun nəticəsində gəmi su üzərində olan zaman və ya 90 dərəcə yan dönmüş vəziyyətdə dayandıqda insanlar həyatlarına normal bir şəkildə davam edə bilirlər. Gəminin tam olaraq dönməsi isə 28 dəqiqə davam edir.

Bənzər xəbər



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×