500 Manata tələbə üçün nələr almaq olar? | Texnologiya Səbəti #2

TEXNOLOGİYA


05.09.2019 0 PAYLAŞIM 695 OXUNMA


Texnolgoiya səbətində yer alan məhsullardan birini qazanmaq üçün keçiriləcək yarışda iştirak qaydaları:

- Youtube kanalımıza abunə olun. Kanalın linki: https://youtube.com/technotemedia 

- Kontakt Home-un Youtube kanalına keçid edib, abunə olun. Kanalın linki: https://www.youtube.com/channel/UCf8uNO6TqBobRSWzBl9HPAA

- Bu videonun rəy bölməsində iştirakınızı təsdiqləyən rəy yazın.

- 10 Sentyabr 20:00-da Youtube kanalımızda olan canlı yayımı gözləyin.

Qaliblər - iştirakçılar arasından təsadüfi seçilmiş 6 nəfər olacaq. Və hər biri səbətdə yerləşən məhsullardan birini qazanacaq.

Qeydlər:

- Nəzərə alın ki, 1 rəy 1 iştirakdır. Çoxlu rəy yazan profillərin də iştirakı 1 dəfə hesablanacaq. Yəni, çox rəy yazmaq şansı artırmayacaq.

- Rəy yazmaq mütləqdir ki, istifadəçi adınız iştirakçılar siyahısına düşsün.

- Yarışda 18 yaşı tamam olmuş hər bir Azərbaycan Respublikası vətəndaşı iştirak edə bilər.

- Kanalda bildirişi də aça bilərsiniz, bu sizə niyə lazmdır?

- Canlı yayım olanda xəbəriniz olsun deyə (məcburi qayda deyil).

- Qalib seçilmiş şəxslər kanallardan birinə abunə olmayıbsa, yaxud seçiləndən sonra abunə olubsa, bu halda onun nəticəsi qeydə alınmayacaq və hədiyyəni alternativ qalib qazanacaq.

- Hər hansı bir halda qalib hədiyyəni əldə edə bilməsə və qaliblə əlaqə təmin olunmasa, hədiyyələr canlı yayımda seçilmiş alternativ qalibələrə təqdim olunacaq.

- Yarışda ancaq şəxsi hesablarınız və şəxsi Youtube bloqlarınız vasitəsilə iştirak etməlisiniz. Youtube kanallarının, ad və soyadı əks olunmayan iştirakçıların rəyləri nəzərə alınmayacaq.

Səbətin dəyəri: 500 AZN