5000-14000 dollar dəyərində qiymətlərə sahib Vertu Aster P smartfonu təqdim olundu

5000-14000 dollar dəyərində qiymətlərə sahib Vertu Aster P smartfonu təqdim olundu

Texnologiya
18.10.2018 PAYLAŞIM

    Orijinal Vertu mağazalarınn bütün dünay üzrə bağlanmalarndan sonra bu brend Çin bazarında öz gücünü sınamağa çalışır və beləliklə bu bazarda özünün ikinci smartfon modeli olan Vertu Aster P-ni təqdim edib. Tanınan dizayna sahib yeni Vertu modeli 1920x1080 piksel keyfiyyətli 4.97 inç AMOLED ekranla təchiz olunub. Ekranın özü isə sapfir şüşə vasitəsilə qorunur. Smartfonun gövdəsi titan qatışığından hazırlanıb və əsl dana dərisi ilə əhatə olunub.


Bənzər xəbər


    Bundan əlavə olaraq yeni Vertu modelinin timsah, kərtənkələ və dəvəquşu dərisi ilə əhatə olunmuş versiyaları da var. Qeyd etmək lazımdır ki, yeni Vertu Aster P tamamilə əl ilə yığılır. Texniki göstəricilərə gəldikdə isə yeni Vertu modeli müasir smartfonların səviyyəsinə çatmır. Belə ki, Vertu Aster P 8 nüvəli Snapdragon 660 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş (microSD dəstəyi yoxdur), 12 MP-lik arxa kamera, 20 MP-lik ön kamera və 3200 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    Smartfon sürətli enerji yığma özəlliyinə sahibdir və şarj prosesi USB Type-C girişi vasitəsilə edilir. Smartfon 30 dəqiqəyə 60% enerji yığmaq özəlliyinə sahibdir. Bununla yanaşı yeni Vertu həmdə naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Beləliklə standart qara rəngli Vertu Aster P-nin qiyməti 5000$ təşkil edir. Smartfonun sarı qızıl ilə bəzədilmiş versiyasının qiyməti isə 14.000$-dır. Vetu Aster P 30 Oktyabr tarixində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×