Logo
    5G dəstəkli bahalı olmayan smartfonlar üçün MediaTek Dimensity 6400 prosessoru təqdim edilib

    5G dəstəkli bahalı olmayan smartfonlar üçün MediaTek Dimensity 6400 prosessoru təqdim edilib

         MediaTek şirkəti 5G dəstəkli bahalı olmayan smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Dimensity 6400-dən gedir. Texniki olaraq  bu yeni prosessor Dimensity 6300-ün sadəcə bir qədər sürətləndirilmiş versiyasıdır. Qeyd etmək lazımdır ki, Dimensity 6300 isə öz növbəsində 3 il bundan öncə təqdim edilmiş Dimensity 6100+ prosessorunun sürətləndirilmiş versiyası idi.
         Beləliklə Dimensity 6400 prosessoru TSMC şirkətinin 6 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o özündə 8 nüvənin birləşdirir. Sözügedən yeni prosessorun tərkibində nüvələr “2 + 6” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 2.5 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A76 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
         Prosessorun qrafik imkanlarından Mali-G57 MC2 qrafik çipi cavabdehdir. Dimensity 6400 prosessoru 120 Hz-lik təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətinə kimi olan ekranları, 108 MP-ə kimi olan kameraları, 16 MP + 16 MP ikili kameraları, LPDDR4x standartlı RAM yaddaşlarını və UFS 2.2 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Dimensity 6400-ə sahib ilk smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
    Mənbə: MediaTek

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...