5G şəbəkə standartında 10-dan çox boşluq aşkar edilib

5G şəbəkə standartında 10-dan çox boşluq aşkar edilib

Texnologiya
13.11.2019 PAYLAŞIM

    5-ci nəsil mobil şəbəkələrinin yüksək təhlükəsizlik ilə təmin olunmalarına baxmayaraq mütəxəssislər yeni şəbəkə standartında boşluqları aşkar ediblər. ABŞ-dakı iki universitetdən olan mütəxəssislər 5G şəbəkələrinin texnoloji çatışmazlıqlarından istifadə edərək istifadəçilərin mobil cihazlarına uğurlu kiberhücumlar reallaşdıra biliblər. Bu barədə Androidpolice saytı xəbər verib. 5G şəbəkəsinin test olunması zamanı mütəxəssislər əlaqə protokollarında 12 ədəd boşluq aşkar ediblər.

    Həmin boşluqların köməkliyi ilə mütəxəssislər abonentlərin yerləşdikləri yerləri təyin edə, onlara saxta SOS bildirişlərini göndərə və onların cihazlarını ümumiyyətlə şəbəkədən deaktiv edə biliblər. Baxmayaraq ki, 5G şəbəkəsinə yüksək keyfiyyətli təhlükəsizlik tədbirləri tələb olunur və yeni standartın inteqrasiya edilməsindən öncə o, sərt sertifikatlaşdırmadan keçir, mütəxəssislər qeyd ediblər ki, yeni şəbəkə standartının boşluqları idarə olunmurlar.


    Bununla yanaşı mütəxəssislər qeyd ediblər ki, sertifikatlaşdırma zamanı yalnız baza səviyyəli testlər keçirilir. Onlar isə yalnız şəbəkə standartının ilkin təhlükəsizlik səviyyəsinə aiddirlər. Bu problemlər 5G şəbəkəsinin qloballaşmasından sonra da olduğu kimi qala bilərlər. 5G standartını sertifikatlaşdırmadan keçirtmiş nizamlayıcı orqanlar isə hesabatda qeyd edilmiş boşluqları əsassız adlandırıblar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..

×