main-post-cover

    64 MP'lik kameraya sahib Redmi Note 8-in təqdimat tarixi məlum oldu

    05.08.2019
    Emil Nəcəfov
        Xiaomi şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Redmi özünün 64 MP-lik kamerasına sahib smartfon modelinin təqdimat tarixini anons etdi. İlk öncə sözügedən smartfonun adını şirkətin rəhbəri təsdiqlədi, daha sonra isə smartfonun təqdimatı ilə bağlı ilk poster ortaya çıxdı. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Çinin Weibo adlı sosial şəbəkəsində istifadəçilərin Redmi Note 8 smartfonu barəsində suallara cavab verən zaman Liu Weibing bildirib ki, smartfon digər rəqib smartfonlardan daha güclü olacaq. Daha sonra isə bu smartfonun təqdimat tarixini özündə birləşdirən poster fotosu ortaya çıxdı.

        Beləliklə posterdəki məlumata əsasən Redmi brendi öz yeni smartfon modelini 7 avqust tarixində təqdim edəcək. Məşhur hindistanlı insayder Mukul Sharma bildirib ki, şirkət həmçinin Redmi Note 8 Pro modeli üzərində də çalışır. Onun sözlərinə əsasən yeni smartfon əvvəlki modeldən daha təkmilləşdirilmiş olacaq. Bununla belə onun qiymət göstəricisi də bir qədər yüksək olacaq. Smartfonun dəqiq texniki göstəriciləri barəsində bir məlumat olmasa da, artıq məlumdur ki, o, 64 MP-lik əsas kamera ilə təchiz olunacaq. Buna həmçinin posterdəki “Images of the Future” cümləsi də işarə edir.
        Qeyd etmək lazımdır ki, 64 MP-lik əsas kamera moduluna sahib smartfon üzərində çalışan şirkət təkcə Xiaomi deyil. Bir neçə gün bundan öncə Realme adlı şirkət də 64 MP-lik kamera moduluna sahib smartfon üzərində çalışdığını və onu 8 avqust tarixində təqdim edəcəyini elan etmişdi. Görünür, Redmi brendi öz smartfon modelinin təqdimat tarixini heç də təsadüf nəticəsində seçməyib. Belə ki, o, 64 MP-lik kamera moduluna sahib smartfonu hamıdan birinci təqdim etmək istəyir. Qeyd etmək lazımdır ki, 7 avqust tarixində həmçinin Samsung şirkəti özünün yeni Galaxy Note 10 smartfon seriyasını təqdim edəcək.
    Linki kopyala