6G mobil şəbəkəsi nə zaman istifadəyə veriləcək və ondan nələri gözləmək olar? (VİDEO)

6G mobil şəbəkəsi nə zaman istifadəyə veriləcək və ondan nələri gözləmək olar? (VİDEO)

23.04.2018 PAYLAŞIM

Yeni nəsil 5G şəbəkəsinin kommersiya istifadəsi yalnız 2020-ci ildə baş tutacaq. Lakin Finlandiyanın Oulu Universiteti artıq 6G texnologiyasının tədqiqatına başlayıb. Universitet rəhbərliyi 6Genesis tədqiqat proqramına maliyyə ayrıldığını bildirib. Bu proqram çərçivəsində tədqiqatçılar yeni nəsil şəbəkə texnologiyasının tədqiq edəcək və onun gələcəkdəki perspektivlərini araşdıracaqlar. Qeyd etmək lazımdır ki, bu tədqiqat 8 ilə nəzərdə tutulub.

Bu barədə Pcmag saytı xəbər verib. Sözügedən tədqiqatın rəhbəri Matti Latva-aho-nun sözlərinə görə yeni nəsil mobil şəbəkə hər 10 ildə təqdim olunur. Beləliklə 6G-nin işə düşməsi 2030-cu ilə gözlənilir. Güman olunur ki, 6G 5G-nin reallaşdırmadığı gözləntiləri reallaşdıracaq və hələ təyin olunmamış yeni imkanları təqdim edəcək. Layihənin müəllifləri artıq maraqlı bir video da hazırlayıblar.

Bənzər xəbər


Həmin videoda 6G-nin həyatımıza daxil olmaqla nələrin dəyişə biləcəyi əks olunub. Mütəxəssislərin fikrincə 2030-cu ildə bizləri artırılmış reallıq və süni zəka texnologiyaları əhatə edəcək. Smartfonların əvəzinə insanın əlində əks olunacaq holoqram interfeyslər gələcək. İnsanın səhhətinin nəzarətdə olmasına böyük diqqət ayrılacaq. Belə ki, hətta insanın geyinəcəyi paltar da onun səhhətinin nə vəziyyətdə olduğunu təyin edə biləcək. Şəhərlər insanların rahatlıq və təhlükəsizliklərini təmin edərək sözün əsl mənasında ağıllı olacaqlar.




DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×