6G şəbəkəsi 4K keyfiyyətli 50 filmi 1 saniyəyə yükləmək imkanını verəcək

6G şəbəkəsi 4K keyfiyyətli 50 filmi 1 saniyəyə yükləmək imkanını verəcək

Texnologiya
01.02.2020 PAYLAŞIM

    5G şəbəkəsinin bütün dünya üzrə inteqrasiyasına hələ yenicə start verilib. Lakin Çində artıq növbəti nəsil şəbəkə standartının yaradılmasına başlanılıb. 6G şəbəkəsinin yaxın illərdə istifadəyə verilməsi gözlənilməsə də mütəxəssislər artıq indidən istifadəçilərin həmin şəbəkədən nələri gözləməli olduqları üzrə proqnozlar verirlər. Bu barədə Gizchina saytı xəbər verib.

    Sidney Universitetinin mütəxəssisi Mahyar Shirvanimoghaddam-ın fikrincə 6G şəbəkəsində məlumatların ötürülməsi sürəti 5G şəbəkəsindəki ötürülmə sürətindən 8000 dəfə yüksək olacaq. Qeyd etmək lazımdır ki, laboratoriya şəraitində 5G şəbəkə üzrə məlumatların ötürülməsi sürəti saniyədə 1 Gbit təşki edir. Onun fikrincə 6G şəbəkəsində isə məlumatların ötürülməsi sürəti saniyədə 1 TB (saniyədə 8000 Gbit) təşkil edəcək.


    Bu isə öz növbəsində internetdən istifadənin yeni ssenarilərini istifadəçilərə təqdim etməlidir. Məsələn insan beynini birbaşa qlobal şəbəkəyə qoşmaq mümkün olacaq. 6G şəbəkəsinin potensial imkanlarını təsəvvür etmək üçün qeyd etmək lazımdır ki, bu cür sürətlə 4K keyfiyyətli 142 saatlıq videonu 1 saniyəyə yükləmək mümkün olacaq. Lakin bu innovasiyalı texnologiyanı minimum 10 il gözləmək lazım olacaq. 5G şəbəkəsində lider şirkətlərdən biri olan Huawei məhz bu cür zaman intervalı təyin ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək.

×