8 illik AMD FX-8350 prosessoru 8.1 Ghz-ə overclock edildi (Maraqlı eksperiment)

8 illik AMD FX-8350 prosessoru 8.1 Ghz-ə overclock edildi (Maraqlı eksperiment)

Texnologiya
04.05.2020 PAYLAŞIM

        2012-də çıxan əfsanə prosessorlardan hesab edilən AMD FX-8350 alman mühəndis tərəfindən overclock edilərək 8.1 Ghz tezliyinə yüksəldildi. Overclock prosesi prosessora gələn gərginliyi və gücü artıraraq daha yüksək tezliklərə çatmağı təmin edir. Alman mühəndisi olan Roman 'der8auer' Hartung AMD şirkətinin overclock-a ən uyğun olan prosessorlarından  FX-8350 prosessoruna bunu tətbiq etdi. 

8 illik köhnə AMD FX-8350 prosessoru maye azot vasitəsilə soyudularaq 8.1 Ghz-ə overclock edilə bildi.

Bənzər xəbər

Barmaq boyda komputer


        Videoda görə biləcəyiniz kimi 8.1 Ghz-ə çatmaq üçün Roman Hartung, AMD prosessorunu -180 dərəcələrə qədər soyutmalı olur. Əslində bu bir dünya rekordu deyil. Lakin yenə də 8 illik köhnə prosessora bu prosesi tətbiq edərək bu qədər yüksək tezliklərə çatmaq da təqdirə layiq bir işdir. AMD-nin FX seriyasına aid prosessorlar əslində çox zəif, çox güc istifadə edən və istifadəçilərin sevmədiyi prosessorlar idi. Zamanla şirkət səhvlərini düzəldərək Zen arxitekturasına keçid etdi və bu gün çox satılan Ryzen prosessorlarını istehsal edə bildi.

        Qeyd edək ki, Roman 'der8auer' Hartung adlı mühəndis həm də prosessorlar üçün ən keyfiyyətli termopastaları istehsal edən Thermal Grizzly şirkətinin Conductonaut adlı maye termal pastasının ixtiraçısıdır. Əgər isinən notbukunuz varsa biz Thermal Grizzly Kyronaut termal pastasını məsləhət görərdik.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×