8 illik hazırlıqdan sonra Microsoft şirkəti Necurs adlı hacker şəbəkəsinin fəaliyyətini dayandırdı

8 illik hazırlıqdan sonra Microsoft şirkəti Necurs adlı hacker şəbəkəsinin fəaliyyətini dayandırdı

Texnologiya
11.03.2020 PAYLAŞIM

    2012-ci ildə start götürmüş hazırlıqlardan sonra Microsoft şirkəti sonunda Necurs adlı botnetin fəaliyyətini dayandıra bilib. Bu botnet çoxlu sayda spamların göndərilməsinə və milyonlarla kompüterin yoluxmasına səbəb olub. Sözügedən irimiqyaslı prosesi reallaşdırmaq üçün Microsoft şirkəti 35 ölkədən olan dövlət orqanları ilə əməkdaşlıq edib. Bu barədə 4pda saytı xəbər verib. Keçən həftə Microsoft şirkəti bu botnetin istifadə etdiyi və ABŞ-da yerləşən infrastruktur üzərində idarəetməni ələ keçirtməyə imkan verən məhkəmə qərarını əldə edib.

    Qeyd etmək lazımdır ki, botnet məhz həmin infrastrukturdan istifadə edərək kompüterləri yoluxdurur, çoxlu sayda spamlar göndərir və istifadəçilərin konfidensial məlumatlarını oğurlayır. Şirkət mütəxəssisləri Necurs domentlərinin qeydiyyatlarının alqoritmini təyin edə biliblər. Əldə edilmiş məlumatlar 6 milyon domen adının öncədən aşkar edilməsi imkanını yaradıb. Necurs botneti həmin domenləri növbəti 25 ay ərzində yaradacaq.

Bənzər xəbər


    Beləliklə bu cür məlumatın əldə olunması sayəsində qeydiyyatçılar operativ şəkildə həmin domenləri bloklayaraq zərərli şəbəkənin yayılmasının qarşısını ala biləcəklər. Microsoft-un verdiyi məlumata əsasən 2012-ci ildən bəri Necurs tərkibində 9 milyondan çox yoluxmuş kompüter çalışıb. Şirkət həmçinin qeyd edib ki, hackerlər kompüter resurslarını təkcə öz məqsədləri üçün deyil həm də digər maraqlı şəxslərə icarə üçün də istifadə ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×