
87 milyon istifadəçi məlumatının sızdırılması qalmaqalındakı Cambridge Analytica şirkəti bağlandı
Elm & Texnologiya
03.05.2018
Emil
Analitik şirkət olan Cambridge
Analytica ABŞ və İngiltərədə olan hər 3 ofisinin bağlandığını bildirib. Şirkətin
verdiyi bəyanatda qeyd edilib ki, 87 milyon Facebook istifadəçisinin məlumatlarının
sızdırılması qalmaqalından sonra şirkətin bütün müştəriləri onunla əməkdaşlığı
dayandırıblar. Bundan əlavə olaraq məlumata əsasən şirkət ABŞ-ın maliyyə
nizamlayıcısına olan cərimənin ödənilməsi ilə bağlı problemlərlə qarşılaşıb.
Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə istifadəçi məlumatlarının
sızdırılması qalmaqalında əsas səbəbkar tərəf kimi məhz Cambridge Analytica
şirkəti olmuşdur. Belə ki, şirkət 87 milyon Facebook istifadəçisinin məlumatlarını
əldə etmişdi. Həmin istifadəçilərdən böyük bir hissəsi isə ABŞ sakinləri idi.
Çox güman ki, sözügedən istifadəçi məlumatlarından ABŞ-dakı prezident seçkilərinin
reklam kampaniyalarının yaradılmasında istifadə olunub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
