
8Mode adlı qeyri-adi elektron spinner (VİDEO)
Elm & Texnologiya
14.06.2017
Emil
Kickstarter platformasında maraqlı spinner növü təqdim olunub.

8Mode adlı innovasiyalı spinner
diod işıqlı ekrana, keyfiyyətli korpusa, dəyişdirilə bilən batareyalara
sahibdir. Spinnerdə olan işıq diodlu ekran öz növbəsində real zaman ərzində bir
neçə rejimdə müəyyən məlumatları əks etdirir. Spinnerdəki düyməyə klik edən
zaman ekranın iş rejimi seçilir. Həmin iş rejimi isə real zaman ərzində
spinnerin fırlanması hesabına seçilir. Ekrana quraşdırılmış 8 ədəd işıq diodu,
spinnerin fırlanma sürətini, onun fırlanma nəticəsində dövr sayını, fırlanma
vaxtını və s. əks etdirir. 2032 tipli standart iki batareya sayəsində spinner,
10-15 saat çalışmaq potensialına sahibdir. Əgər batareyadakı enerji bitərsə belə,
o, elektron spinnerdən adi spinnerə çevriləcək. Sözügedən spinnerin korpusu
yüksək keyfiyyətli materiallardan hazırlanıb. Bu spinneri Kickstarter
platformasından 25$-a sifariş etmək olar. Onun satışıa çıxması isə bu ilin
Oktyabr ayına planlaşdırılır. Həmin vaxta kimi spinnerlərin məşhurluğunun
indiki kimi aktual olacağına ümid etmək qalır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
