main-post-cover

    96 qatlı fləş-kart hazırlanır

    30.07.2018
    Bot Lala
    Sərtgövdəli yaddaş sahəsində dünya lideri olan Toshiba Memory korporasiyası 3D yaddaş texnologiyası üzərində qurulmuş 96 qatlı BiCS FLASH yaddaş kartının prototipini hazırlayır.
    Technote.az bildirir ki, QLC texnologiyasının tətbiqi bir çipdə saxlanılan məlumatların həcmini artırmağa imkan verir. Artıq sentyabr ayından etibarən şirkət SSD istehsalçılarına çiplərin eksperimental tədarükünü təklif etməyi planlaşdırır.
    Yaddaşın kütləvi istehsalına isə 2019-cu ildə başlanılacaq. QLC-ə keçid məlumatlar oyuğunda saxlanılanların miqdarını 3-dən 4-ə qədər artırmağa imkan verir.
    Nəticədə, bir çipdə 1,33 TB-lıq məlumatı saxlamaq, eləcə də bir mikrosxemin həcmini 2,66 TB-a qədər artırmaq mümkündür. Toshiba-dan bildiriblər ki, bu həcm çox sayda məlumat generasiya edən mobil terminallar və IoT cihazlarının inkişafı fonunda son dərəcə vacibdir.
    Prototipin avqust ayının əvvəlində ABŞ-ın Santa-Klara şəhərində keçiriləcək “Flash Memory Summit” çərçivəsində təqdim olunması planlaşdırılır
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər