
99 dollarlıq Nokia 2-in xüsusiyyətləri sızdırıldı
Elm & Texnologiya
30.10.2017
Orxan
Nokia-nın uyğun qiymət etiketinə sahib telefonu Nokia 2-in xüsusiyyətləri, benchmark testi ilə ortaya çıxdı.
HMD ilə gücünə güc qatan Nokia-nın, keçdiyimiz həftələrdə 99 dollara satışa tədim edəcəyi Nokia 2 modeli sızmışdı. Qiyməti ilə daha çox dar gəlirli ölkələrdə satışa təqdim ediləcək olan Nokia 2-in, texniki xüsusiyyətləri ilə qiymətinin çox üstündə bir performans təqdim edəcəyi deyilirdi. Bu gün isə Nokia 2-in xüsusiyyətləri AnTuTu Benchmark tətbiqində göründü.

AnTuTu sızıntısına görə Nokia 2; Qualcomm-un Snapdragon 212 prosessor setindən gücünü alacaq. 1 GB RAM və 8 GB daxili yaddaş sahəsi ilə gələcək olan Nokia 2, 720P dəqiqliyində bir ekrana sahib olacaq. Nokia 2, kamera mövzusunda isə öz seqmentinin olduqca üstündədir.
Nokia 2-nin 8 megapiksel keyfiyyətində arxa və 5 megapiksel keyfiyətində ön kamera ilə gəlməsi gözlənilir. 4.000 mAh tutumlu batareyadan gücünü alacaq olan telefon, qutusundan Android 7.1.1 Nougat ilə çıxacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
