IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

Texnologiya
07.05.2021 PAYLAŞIM

    IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı. IBM tərəfindən yaradılmş 2 nanometrlik prosessor müasir 7 nanometrlik prosessorlardan 45% daha performanslıdır. Bundan əlavə olaraq yaradılmış 2 nanometrlik prosessor 75% daha az enerji sərfiyyatı özəlliyinə sahibdir. Şirkət 150 kvadrat millimetr ölçüsündə olan çipin üzərində 50 milyard tranzistor yerləşdirə bilib. IBM-in sözlərinə əsasən bu cür yeni nəsil prosessor smartfon batareyalarının istifadə müddətlərini 400% artıra, kompüterlərin və istənilən proqram təminatının çalışmalarını təkmilləşdirə və o cümlədən avtomobillərdəki avtopilot sistemlərinin reaksiyalarını sürətləndirə bilər. Bu yeni texnologiya həmçinin data mərkəzlərdə, süni zəka kvant hesablamalar üzrə laboratoriyalarda istifadə olunan elektrik enerjisinin xərclərini aşağı sala bilər.


    IBM hamıdan əvvəl bu cür prosessoru istehsal etməyi bacarıb. Qeyd etmək lazımdır ki, Apple M1, A14 Huawei Kirin 9000 prosessorları keçən il TSMC şirkətinin 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış ilk 5 nanometrlik prosessorlar kimi təqdim olunmuşdular. Baxmayaraq ki, Snapdragon 888 prosessoru Samsung-un 5 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb, Qualcomm hələ də 7 nanometrlik texnoloji prosesdən istifadə edir. Eyni hal AMD üçün də keçərlidir. TSMC və Samsung şirkətləri hal hazırda 3 nanometrlik texnoloji proses üzərində çalışırlar və onun əsasında yaradılacaq ilk prosessorlar gələn ilin sonunda təqdim olunmalıdırlar. Intel-ə gəldikdə isə o, 7 nanometrlik prosessorunu 2023-cü ildə təqdim edəcək. İndi isə şirkət 10 və 14 nanometrlik prosessorlardan istifadə edir. 2 nanometrlik prosessorun istehlakçı cihazlarında nə zaman istifadə olunacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×