main-post-cover

    IBM şirkəti insanların üz skanı texnologiyalarını hazırlamayacaq: Səbəb nədir?

    Elm & Texnologiya
    10.06.2020
    Farid Pardashunas
        IBM şirkətinin direktoru Arvind Krishna elan edib ki, şirkət bundan sonra insanların üz skanı texnologiyalarını yaratmayacaq. Bu barədə Axios saytı xəbər verib. Bu bəyanatı Krishna ABŞ konqressinə məktubunda qeyd edib. Onun sözlərinə əsasən bu cür texnologiyalar çox ehtimalda dəqiq olmurlar. Əsasən də fərqli rəngə sahib olan insanların üzlərinin təyin olunmasında bu cür texnologiyalar effektiv olmurlar. Sözügedən texnologiyalar insan hüquqlarını pozurlar.
        Buna görə də şirkət insanların üz skanı texnologiyalarının hazırlanmasını dayandırır. Bundan əlavə olaraq Arvind Krishna digərlərini bu cür texnologiyaların hüquq-mühafizə orqanlarında istifadəsinin test olunmasına çağırıb. Belə ki, həmin texnologiyalar qərəzli şəkildə istifadə oluna bilərlər. Bu məsələdə həmçinin polislərin qanunsuz hərəkətlərinə qarşı federal qanunları sərtləşdirmək lazımdır. Təbii ki, IBM şirkətinin CEO-sunun bu bəyanatı hal hazırda ABŞ-da baş verən protestlər fonunda edilib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər